“Real”ın yarımmüdafiəçisi Marko Asensio “Barselona”ya transfer oluna bilər.
"Football-plus.az" xəbər verir ki, “Sport” qəzetinin məlumatına görə, ispan futbolçunun Madrid klubundakı gələcəyi sual altındadı. Onun müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq. Marko bu mövsüm meydanda az görünməsindən narazıdı. Bu səbəbdən onun baş məşqçi Karlo Ançelotti ilə münasibətlərinin pozulduğu bildirilir.
İddiaya görə, “Barselona” rəhbərliyi vəziyyəti izləyir və Marko ilə müqavilə imzalamağa cəhd edə bilər. 27 yaşlı yarımmüdafiəçinin özü də Kataloniya klubunun təklifini nəzərdən keçirməyə hazırdı. Qeyd edək ki, Asensio ilə “Milan” və “Arsenal” da maraqlanır.