Qaret Beyl və İskodan sonra daha iki futbolçu “Real”dan ayrılacaq.
"Football-plus.az" xəbər verir ki, yarımmüdafiəçilər Marko Asensio ilə Daniel Sebalyosun bu yay klubu tərk edəcəyi böyük ölçüdə məlum olub. ABC-nin məlumatına görə, Madrid klubu hər iki oyunçu ilə müqaviləni yeniləmək istəsə də, bu planda onlarla razılığa gələ bilməyib. Bu səbəbdən yayda futbolçuarın satılacağı ehtimalı çoxdu.
Asensio və Sebalyosun “Real”la müqaviləsinin müddəti 2023-cü ilin iyununda başa çatır. Rəhbərlik onları tezliklə satmaqla klubun xəzinəsini artırmağı lazım bilib.