Misli premyer-liqasının 12-ci turunda noyabrın 22-də keçiriləcək "Kəpəz" - "Qarabağ" oyununun biletləri satışa çıxarılıb.
"Football-plus.az" xəbər verir ki, biletlərin qiyməti dəyişməz qalıb: 2, 3, 5, 10 və 20 manat.
Futbol həvəskarları biletləri həmişəki kimi iticket.az saytı vasitəsilə və ya Gəncə Şəhər Stadionun kassalarında əldə edə bilərlər.
Rəqibin Azərbaycanın ən titullu klubu statusunu daşıması, həmçinin qarşıdakı matçın "Kəpəz"in 2026-cı ildə son ev oyunu olmasına görə azarkeşlər tərəfindən görüşə maraq həddindən artıq böyükdü. Bu amilləri əsas götürərək, biletləri qabaqcadan əldə etmək tövsiyə olunur.
"Kəpəz" - "Qarabağ" qarşılaşması noyabrın 22-də saat 17.00-da başlanacaq.
"Kəpəz" - "Qarabağ" matçının biletləri satışda
Ölkə futbolu





