Naxçıvanlıların 3-cü dövrdə uğursuz çıxış etdiyini nəzərə alsaq, belə xəbərləri müəyyən mənada anlamaq olar. Klubun maliyyə problemi haqda deyilənlər nə dərəcədə doğrudu? Güya qış fasiləsindən sonra bütün sponsorlar əl çəkib və indi bütün xərclər Zaur Axundovun boynundadı ki, bu da komandanın mövsümün 2-ci hissəsindəki nəticələrində əksini tapır. Bu xəbərlərin əsası varmı? Futbolçulara vaxtında maaş, mükafat verilirmi? Bu sualları “Araz-Naxçıvan”ın mətbuat katibi Mahal Məmmədov cavabladı:
“Qısa cavab verim ki, deyilənlərin heç bir əsası yoxdu. Şayiə tipli deyilənlərə geniş münasibət bildirməyin də mənası yoxdu. Dedi-qoduya nə münasibət bildirək?! Maaş məsələsinə gəlincə, klubun müqavilə öhdəliyi var: istər işçilər, istər məşqçi və texniki, istərsə də futbolçu heyəti qarşısında. Onu da yerinə yetirir. Düzdü, maaşların ödənilməsində bəzən gecikmələr olur. Bu da əksər təşkilatlarda rast gəldiyimiz haldı”.
ELMİN





