“Nə müqaviləyə xitam verilib, nə də yenidən müqavilə imzalanıb” – “Araz-Naxçıvan”da Maşike hoqqası

20.03.2024 13:00 243
Aktual / Ölkə futbolu
“Araz-Naxçıvan”da sürpriz ayrılığın baş verdiyini xəbər vermişdik.

Belə ki, Konqo əsilli futbolçu Elvis Maşikenin başqa klubdan yaxşı təklif aldığı və Naxçıvan təmsilçisindən qarşılıqlı razılıq əsasında ayrılmaq istəyi ilə bağlı məlumatı dəqiqləşdirmək üçün klubun mətbuat xidmətinin rəhbəri Mahal Məmmədovla danışmışdıq. Onun sözlərinə görə, Elvisin bu qərarı ətrafında müzakirələr aparılandan sonra ictimaiyyətə dəqiq məlumat açıqlanacaqdı.

Dünən isə 29 yaşlı oyunçunun yeni təklif aldığı Qazaxıstanın “Tobol” klubuyla razılaşa bilmədiyi və yenidən “Araz-Naxçıvan”da çıxış etmək istəyi ilə bağlı xəbər yayıldı. Olub-bitəni anlamaq üçün yenidən Mahal Məmmədovla əlaqə saxladıq:

"Nə müqaviləyə xitam verilib, nə də yenidən müqavilə imzalanıb. Elvis başqa klubdan təklif aldığını bildirmişdi. Müzakirələrdən sonra aydın oldu ki, təklif qeyri-ciddidi. Buna görə də futbolçu müqaviləsinin sonuna qədər klubumuzda qalacaq".

KAMAL SƏFƏR