"Sabah"dan ayrılan Bəxtiyar Həsənalızadə karyerasına "Araz Naxçıvan"da davam edəcək.
"Football-plus.az" xəbər verir ki, 31 yaşlı müdafiəçi komanda ilə birgə məşqlərdə iştirak edir. Naxçıvan təmsilçisi tezliklə onunla münasibətləri rəsmiləşdirəcək.
Məlumat üçün bildirək ki, Bəxtiyar 2021-ci ilin yanvarından "Sabah"ın üzvü idi. O, Bakı təmsilçisinin heyətində 58 oyun keçirib, 3 qola imza atıb.
Xatırladaq ki, "Araz Naxçıvan" növbəti mövsümdə premyer-liqada çıxış edəcək. Klub hələ də heç bir futbolçu ilə müqavilə bağlamayıb.
KƏNAN BAHADIR