Ağır xəstəliyə məğlub oldu…

27.11.2026 18:55
Dünya futbolu
İslandiya yığmasının sabiq qapıçısı İnqvar Younsson vəfat edib.

"Football-plus.az" xəbər verir ki, ötən ilin yazında xərçəng diaqnozu qoyulan futbolçu noyabrın 25-də 37 yaşında dünyasını dəyişib.

Qapıçının son illərdə çıxış etdiyi “Vikinqur” klubu “X” hesabında futbolçunun vəfatı ilə bağlı başsağlığı verib. Younsson “Styarnan” və “Vikinqur”un heyətində İslandiya çempionu olub, Norveç və Danimarkanın müxtəlif komandalarında çıxış edib.

İslandiya yığmasında 8 oyun keçirən qapıçı AÇ-2016-da yığmanın heyətində olub.

Xatırladaq ki, İslandiya həmin turnirdə 1/4 finala qədər irəliləyib və finalçı Fransaya məğlub olub.