Əvvəlcə ispan idman jurnalisti Lobo Karroskonun “Yorulmadan qazanılan qələbə” sərlövhəli məqaləsi ilə tanış olaq:
“Barselona” Bakıda keyfiyyət fərqini bir daha sübut etdi. Qonaqların üstün oyunu və sürəti əvvəldən sonadək müşahidə olundu. De Yonq müdafiə xəttinin məsuliyyətini öz üzərinə götürdü, Pedri isə qüsursuz oyun qurdu. Ancaq ilk hissə Kataloniya təmsilçisi üçün asan keçmədi. Komanda oyun ritmini tapmaqda çox gecikdi. Bəli, “Barselona”nın daha səviyyəli kollektiv olduğu sirr deyildi. Ancaq xüsusən ilk 30 dəqiqədə matçın ritmini dəyişmək mümkün olmadı. Hətta qonaqlar rəqibin qapıçısı Stas Pokatilov üçün qorxuducu zərbə belə vura bilmədilər. Bu ərəfədə Xuan Qarsiya üçün ən real təhlükə isə İvan Lepinitsanın topu tirə vurduğu anda yaşandı. Oyuna uyğunlaşandan sonra “Barselona” üçün hər şey aydın idi. Cərimə meydançasının ortasına ötürmələr etmək, qapıya zərbələr endirmək. Maraqlıdı ki, Pokatilov topu tutmaq əvəzinə uzaqlaşdırmağa çalışır, təhlükəni daha da böyüdürdü. Hətta “əlcək sahibi” bir neçə epizodda “kürə”nin rəqibin əlinə keçməsi ilə nəticələnən ötürmələr verdi. Ümumiyyətlə, oyun ərzində rəqibin ardıcıl hücumları, Pokatilovun yöndəmsiz müdaxilələri Valdas Dambrauskasın komandası üçün cəzaya çevrildi. “Sabah” 0:2 hesabı ilə məğlub duruma düşəndən sonrq taktikasını dəyişdi. Meydan sahibləri topa daha çox sahib olmağa, oyunu artxa xətdən qurmağa başladı. Bəlkə də rəqib bu addımın “Barselona”nın təzyiqi birəbeş artırmasına səbəb olacağını təxmin etməmişdi. Hər halda, qonaqlar daha iki qol vurdu və sonda 4:1 hesablı qələbə qazandı. Çox vaxt itirmədən, yorulmadan...”
Matçı stadiondan izləmək məqsədi ilə İspaniyadan ölkəmizə gələn “La Vanguardia” nəşrinin əməkdaşı Anais Marti Erreronun “Qordon “Barselona”nın əzici qalibiyyətinə öncüllük etdi” sərlövhəli yazısından bəzi önəmli məqamları diqqətinizə çatdırır:
“Ayın parıldadığı Bakı səmaları altında fişənglər partladı, musiqilər səsləndirildi. Oyunu VİP sektordan Azərbaycan Prezidenti İlham Əliyev də izləyirdi (qeyri-dəqiq informasiyadı – red.). “Sabah”ın böyük gecəsinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə 400-dən çox əsgər Bakı Olimpiya Stadionunu qoruyurdu. Məncə, burda adi festival keçirilmədiyinin yeganə sübutu Çempionlar Liqasının himni və “Barselona” idi. Stadionda sanki yalnız pul qazanmaq üçün təşkil edilmiş eqzotik tur havası var idi. Bəlkə də bunu anlayışla qarşılamalıyıq. Çünki “Sabah” tarixində ilk dəfə Çempionlar Liqasında iştirak edir...
Azarkeşlər Qordona göz açmağa imkan vermək istəmirdi. Hücumçu hər dəfə topa toxunanda tərəfdarlardan etiraz, fit səsi ucalırdı. Qordon bu il “Qarabağ”a 4, “Sabah”a 2 qol vurub. Bəlkə də azərbaycanlılar bu futbolçunu milli qürur probleminə çevirib. Çünki bu iki komanda Azərbaycanın ən güclüləridi...”
Azarkeşlər Qordona göz açmağa imkan vermək istəmirdi. Hücumçu hər dəfə topa toxunanda tərəfdarlardan etiraz, fit səsi ucalırdı. Qordon bu il “Qarabağ”a 4, “Sabah”a 2 qol vurub. Bəlkə də azərbaycanlılar bu futbolçunu milli qürur probleminə çevirib. Çünki bu iki komanda Azərbaycanın ən güclüləridi...”
“Diari ARA” nəşrinin xüsusi müxbiri Toni Padilya da Bakıda olub və matç haqda fikirlərini yazıb:
“Hava çox soyuq və küləkli idi. Azərbaycan kimi ölkədə belə hava şəraitində 60 mindən çox tərəfdarın stadiona gəlməsi yaxşı haldı. Yenə də düşünürəm ki, tamaşaçıların əksəri “Barselona” üçün orda idi. “Sabah” yaxşı çıxış etdi. Valdas Dambrauskasın komandası ilk hissədə çoxlu qol imkanı əldə etdi. Meydan sahibləri yüksək motivasiya ilə vuruşur, qonaqlar isə arxayın görünürdü. Hətta bu səbəbdən sensasiyanın baş vermək ehtimalı da ağla gəlirdi. Ancaq “Sabah” Kataloniya təmsilçisinə ciddi problem yarada bilmədi. “Barselona” oyunçularının fərdi ustalığı sayəsində matçın taleyini öz xeyrinə həll edə bildi”.
“Mundo Deportivo”nun oyunu stadiondan izləyən əməkdaşı Xavyer Qaskon “Sabah”ın meydana çıxan 16 futbolçusunun hər birinə fərdi xarakteristika verib. Onun qapıçının çıxışı ilə bağlı fikrini nəzərinizə çatdırırıq:
“Stas Pokatilov - ziddiyyətli. Bir neçə yaxşı seyvi olsa da, kataloniyalıların üç qolunda topu uğursuz dəf etdi”.
KƏNAN BAHADIR




