"İmişli" Misli premyer-liqasının 13-cü turunda "Şəfa"ya uduzdu - 1:3.
"Football-plus.az" xəbər verir ki, Aran təmsilçisinin baş məşqçisi Ervins Perkons oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Oyun haqda danışılacaq çox şey yoxdu. Rəqib yaxşı oynadı, biz isə sadəcə stadionda idik.
- Komandanın oyunu alınmırdı. Bunun səbəbi nədi?
- Komandada sanki mübarizə, istək yox idi. Rəqib üçün isə sanki bu matç final oyunu idi. Bütün mübarizələrdə bizi üstələdilər. Heç kəs sənə xal verməyəcək, bunu özün qazanmalısan. Rəqib bizdən üstün idi. Buna görə də qələbə qazandılar.
- Taktikanı niyə dəyişmədiz?
- Deməzdim ki, dəyişmədik. Birinci hissədə 4-4-2 sistemi ilə oynadıq, ikinci hissədə isə 3-5-2-yə keçdik. Topun irəli aparılması yarımmüdafiəçilərdən asılı idi. Onlar daha çox driblinq etməyə çalışırdılar. Belə olanda topun cinahlara çatdırılması ləngiyir. İstədiyimiz nəticəni əldə edə bilmədik.
"Komandada sanki mübarizə, istək yox idi" - Ervins Perkons
Ölkə futbolu / Manşet





