Demək olar ki, bütün elita klubları 2023/24 mövsümünün planlarını cızır, bu yöndə işlərə start verib. "Araz-Naxçıvan"da isə vəziyyət fərqlidi. Mayın 31-də bütün futbolçuların müqavilə müddəti başa çatsa da, klubdan səs-soraq yoxdu.
Bunu nəzərə alıb son məlumatları öyrənmək məqsədilə Naxçıvan təmsilçisinin baş məşqçisi Azər Bağırovla əlaqə saxladıq:
"Hazırda AFFA İcraiyyə Komitəsinin iclasını gözləyirik. Digər tərəfdən, vaxtımız azalır. Heyət klubun "onurğa sütunu" deməkdi. Bizim heyət siyahımız isə boşdu. Premyer-liqada iştirakımız dəqiqləşdikdən sonra komandanın formalaşdırılması istiqamətində işlərə başlayacağıq. Heç bir futbolçu ilə yeni müqavilə bağlamamışıq. Klubun maliyyə imkanından asılı olaraq danışıqlara başlayacağıq. Hələ ki zaman əleyhimizə işləyir".
KƏNAN BAHADIR






