• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Araz-Naxçıvan” 5, “Qəbələ” 9 oyundu qələbəyə həsrətdi - REPORTAJ

Premyer-liqa / Manşet

19-03-2024, 22:0

Mərdəkanda keçirilən oyun hər iki komanda üçün taleyüklü idi.

3-cü dövrədə cəmi bir dəfə 3 xal qazanan “Araz-Naxçıvan” evdə autsayderi udub mövqeyini yaxşılaşdırmalıydı. “Qəbələ” isə “Kəpəz”in bir qədər əvvəl başa çatan oyunda “Zirə”yə uduzmasından yararlanıb gəncəlilərlə xal fərqini azaltmalıydı. Fürsəti dəyərləndirmək milli fasiləyə yüksək əhval-ruhiyyədə yollanmaq üçün zəmin yaradırdı. Ümumiyyətlə, turlar geridə qaldıqca 1-ci liqaya yaxınlaşan “qırmızı-qaralar”ın qələbədən başqa yolu yoxdu.

Oyunun ilk dəqiqələri meydan sahiblərinin təzyiqiylə müşayiət olundu. Muxtar Respublika təmsilçisi hücum cəhdlərində fəallıq göstərir, rəqibi müdafiə olunmağa məcbur edirdi. Hətta Atanqana cərimə zərbəsini yerinə yetirən Nicata mane olmasa, hesab erkən açılacaqdı. Buna baxmayaraq, qonaqlar mübarizədən qopmadı. Matçın ikinci təhlükəli epizodunda Allaş fərqlənə bilmədi. Avram “çərçivə”yə tuş gələn topu yumruqlarıyla uzaqlaşdırdı. 23-cü dəqiqədə qapı toru silkələndi. Xalayla Raufun uzaqdan ötürməsini qəbul etdikdən sonra Auaşeriyaya çatdırdı. “Kürə”ni tora qovuşdurmaq isə fransalı yarımmüdafiəçi üçün çətin olmadı. Lakin özünün ofsayd vəziyyətində olması üzündən qol qeydə alınmadı. Bu ərəfədə Emil, Rauf və Bilelin qurduğu hücum cəhdini izlədik. Bu dəfə də sonuncudan ötürmə alan Xalayla qeyri-dəqiq zərbəylə yadda qaldı.

Bir neçə dəqiqə sonra Urfan bəxtini sınadı. Müdafiəçi rəqibə təhlükə yaratsa da, top qapıdan aralı keçdi. “Qırmızı-ağlar”ın ikinci tutarlı hücumu 1-ci hissənin sonlarına təsadüf etdi. Qonaqlar Kuzmanoviçə imkan verməsə də, Melo önünə düşən topu hücumun sivri ucunda gözləyən Orxana göndərdi. Epizod komandanın bombardirinin uğursuz zərbəsiylə bitdi. Orxan Muradla Raufun təzyiqinə dözməyib tələsik davrandı ki, qapını dəqiq nişan ala bilmədi. O, çox keçmədən, ikinci dəfə yaxşı fürsəti əldən verdi. Atanqanayla üz-üzə qalan futbolçu büdrədiyindən qapıçı özünü çatdırıb təhlükəni sovuşdurdu. Ruhdan düşməyən naxçıvanlılar növbəti cəhddə istəyinə çatdı. Urfanın Nicata kobud müdaxiləsi üzündən meydan sahibləri cərimə zərbəsi qazandı. 42-ci dəqiqədə Nicatı “kürə”nin başında gördük ki, onun qapı önünə ötürməsini Kurdiç qolla tamamladı. Daha dəqiqi, müdafiəçinin kürəyinə toxunan top dirəyə dəyəndən sonra “çərçivə”dən keçdi. Nəticədə Azər Bağırovun komandası fasiləyə üstün yollandı.

İkinci yarı da Muxtar Respublika təmsilçisinin rəqibi sıxışdırmasıyla başladı. Əvvəl Melo uzaqdan zərbəylə Kuzmanoviçə ötürmə verdi. Lakin sonuncunun başla yumşaq müdaxiləsindən sonra Atanqana topa yiyələndi. Miçonun bir neçə dəqiqə sonra növbəti dəfə uğursuz çıxış etməsi komandasına baha başa gəldi. O, topu Kurdiçə çatdırmaq istəsə də, dəqiq olmadığından Allaş önə çıxdı və qol fürsəti qazandı. Burda Numanın kobud müdaxiləsi qeydə alındığından Məsiyev dərhal əlini cibinə apardı və “qırmızı-ağlar”ı azlıqda qoydu. Cərimə zərbəsini Allaş yerinə yetirdi. Onun birbaşa qapıya göndərdiyi top isə Avram səddini keçə bilmədi. Bundan sonra meydan sahibləri arasında anlaşmazlıq yarandı. Onlar təzyiq altında qaldığından bir-biriylə rabitə qurmaqda çətinlik çəkirdi. Hadisələrin axarı hesabın bərabərləşməsini qaçılmaz etdi. Auaşeriya və Rauf arasındakı “divar ötürmələri” topu sonuncunun Xalaylaya çatdırmasıyla dayandı. İsrailli hücumçu gözlənilmədən ələ düşən şansı maksimum dəyələndirdi. Ardından naxçıvanlıların qol axtarışında olacağı düşünülsə də, belə olmadı. Azər Bağırovun komandası ruh yüksəkliyini bərpa etməkdə çətinlik çəkdi. Belədə “Qəbələ” hücumları sıraladı. Qeyd etmək yerinə düşər ki, Sxadadzenin komandası təhlükəli vəziyyət yaratmaqda çətinlik çəkirdi. Bu sırada Osamanın ötürməsindən sonra Allaşın tirdən qayıdan zərbəsinə toxuna bilərik. Ardından Tetteh iki, Bauk bir dəfə fərqlənmək imkanı qazansa da, “çərçivə”ni dəqiq nişan ala bilmədilər. Sonda hərəyə bir xal düşdü. Nəticədə “Araz-Naxçıvan” ardıcıl 5-ci oyunda qələbə qazana bilmədi. “Qırmızı-qaralar” isə “Kəpəz”lə xal fərqini 11-ə endirdi.


Gözdən qaçmadı
* Azər Bağırov tez-tez idarəçiliklə bağlı şikayətini yan xətt hakiminə çatdırırdı
* Kaxaber Sxadadze oyunboyu futbolçularından narazılıq edir, uca səslə onları danlayırdı
* “Red Black Army” fanklubu 15-20 nəfərlə “Qəbələ”ni dəstəklədi. Redaksiyamıza daxil olan məlumata görə, bölgədən komandanı dəstəkləməyə heç kim gəlməyib.
* “Sektor 85” fanklubu təxminən 40 nəfərlə “Araz-Naxçıvan”ı dəstəklədi. Onlar ölkəmizin bayraqlarını dalğalandırır, musiqi sədaları altında rəqs edirdilər.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Reportaj

10-10-2023, 13:0

“Sabah”ın qələbəsiz oyunlar seriyası 8-ə çatdı - REPORTAJ

Ölkə futbolu

15-01-2024, 15:0

"Qəbələ" yoxlama oyununda "Araz-Naxçıvan"ı məğlub etdi

Premyer-liqa / Reportaj

30-01-2024, 23:0

“Dalğa Arena”da hərəyə 1 qol, 1 xal - REPORTAJ

Ölkə kuboku / Reportaj

11-02-2024, 22:0

“Qəbələ”yə bir hissə bəs etdi

Premyer-liqa / Reportaj

28-11-2023, 15:0

“Neftçi” qələbəni son anda əldən verdi - REPORTAJ

Ölkə kuboku / Reportaj

1-02-2024, 22:0

Cütün taleyinə Qəbələdə aydınlıq gələcək - REPORTAJ

Aktual
Mezzotero asan qol vurdu, amma vurdu da!
“Kəpəz” azarkeşləri Mahmud Qurbanovu istəyir, o isə susur
“Məğlub olmuşuqsa, deməli, çatışmayan cəhətlər var” – Şahin Diniyev
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
“Difai” 2-ci liqadan çəkiləcək?
"...məvaciblərinin artırılmasını istəyirlər" - Azər Bağırov "Şamaxı"dakı "yarpaq tökümü"nün səbəbini açıqladı
Son xəbərlər
  • Dünən, 23:58
    "Qalib gəlmək və mövsümü yüksək əhval-ruhiyyə ilə bitirmək istəyirik" - Cəlal Hüseynov
  • Dünən, 23:17
    Hacı Əliyev milliyə məşqçi təyin edildi
  • Dünən, 22:46
    Fizuli Məmmədov "Şahdağ Qusar"da
  • Dünən, 22:35
    İngiltərədə iş yerini dəyişdi
  • Dünən, 22:01
    Mezzotero asan qol vurdu, amma vurdu da!
  • Dünən, 21:39
    Ayxan Abbasov: "Abdulla ilə Anton millinin ən intizamlı futbolçularıdı"
  • Dünən, 21:11
    "Şamaxı"nın yay hazırlıq planı məlum oldu
  • Dünən, 20:59
    London klubunda gözlənilməz istefa
  • Dünən, 20:28
    Dünya çempionatını buraxacaq
  • Dünən, 19:57
    Parisi tərk edəcək
  • Dünən, 19:36
    Şimali Makedoniya - Azərbaycan matçının hakimləri
  • Dünən, 19:15
    Milandan Turinə yollana bilər
  • Dünən, 18:54
    Slot harda qərar tutacaq?
  • Dünən, 18:23
    “Şəfa”nın yay hazırlıq planı bəlli oldu
  • Dünən, 17:52
    “Kəpəz” azarkeşləri Mahmud Qurbanovu istəyir, o isə susur
  • Dünən, 17:28
    La Liqada hamını qabaqladı
  • Dünən, 16:57
    PFL-dən “CBC Sport”un direktoruna xüsusi hədiyyə
  • Dünən, 16:26
    Bundestimdə itki
  • Dünən, 15:55
    Levi səhmlərin bir hissəsini satdı
  • Dünən, 15:24
    Dünya çempionatında oynaya bilməyəcək
  • Dünən, 14:53
    Premyer-liqada mövsümün ən yaxşı 10 qolu - VİDEO
  • Dünən, 14:32
    Liverpuldan Londona yollandı
  • Dünən, 14:11
    “Məğlub olmuşuqsa, deməli, çatışmayan cəhətlər var” – Şahin Diniyev
  • Dünən, 13:50
    Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
  • Dünən, 13:29
    Florensiyanı tərk etdi
  • Dünən, 12:58
    “Gələn il Çempionlar Liqası üçün qayıdacağıq” - “Arsenal”ın qələbə paradına milyona yaxın azarkeş qatıldı
  • Dünən, 12:37
    “Gucci” “Alpin”ə ildə 50 milyon dollar verəcək! - dəb evi də “Formula-1” dünyasına ayaq açdı
  • Dünən, 12:16
    Vembanyama niyə ağladı?
  • Dünən, 11:55
    Premyer-liqanın tarixinə düşdü
  • Dünən, 11:34
    "Şəfa" yayın ilk transferini etdi
  • Dünən, 11:13
    “Difai” 2-ci liqadan çəkiləcək?
  • Dünən, 10:52
    Şəhriyar Məmmədyarov qələbə qazandı - “UzChess Cup”
  • Dünən, 10:31
    “Veqas” final seriyasına qələbə ilə başladı
  • Dünən, 10:00
    "...məvaciblərinin artırılmasını istəyirlər" - Azər Bağırov "Şamaxı"dakı "yarpaq tökümü"nün səbəbini açıqladı
  • Dünən, 08:31
    Xaçmazda regional turnir başa çatdı
Daha çox
Oxunub: 720
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 253
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 250
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 226
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 214
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 160
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə