“Araz-Naxçıvan” “Kəpəz”ə söz verdi, sonra geri çəkildi

26.12.2023 23:29 1 524
Premyer-liqa / Manşet
Misli premyer-liqasında qış fasiləsidi. Belədə komandalar bir neçə gün istirahətdən sonra təlim-məşq toplanışı üçün yenidən yığışacaq.

Bu yöndə gələn xəbərlərdə biri də “Kəpəz”lə “Araz-Naxçıvan”ın yoldaşlıq oyunu keçirmək ehtimalıyla bağlı idi. Hətta “sarı-göylər” sosial şəbəkə hesabında matçın yanvarın 15-də Gəncədə keçiriləcəyini paylaşmışdı. Redaksiyamıza bununla bağlı məlumat daxil olub.

“Football-plus.az”ın əldə etdiyi bilgiyə görə, Muxtar Respublika təmsilçisi öncə “Kəpəz”lə qarşılaşmağa razılıq versə də, sonradan imtina edib. Səbəb isə yolla bağlıdı. Yəni həmin dönəmdə Qəbələdə toplaşacaq “qırmızı-ağlar” Gəncəyə getmək istəmir.

Nə deyək, ay “Araz-Naxçıvan”? Axı, söz danışıqdan keçər...

KƏNAN BAHADIR