• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Hərəyə iki qol vurub yerlərində saydılar - REPORTAJ

Premyer-liqa / Reportaj

21-02-2024, 21:0

Turun önəmli oyunlarından birində avrokuboklara vəsiqəyə iddialılar - “Səbail”lə “Araz-Naxçıvan” üz-üzə gəldi.

Qarşılaşmanın gərgin mübarizə şəraitində keçəcəyini təxmin etmək olardı. Çünki həm hər iki komanda 22-ci turda meydandan qalib ayrılmışdı, həm də turnir cədvəlində eyni xalla 5-6-cı yerləri bölüşürdülər. Tərəflərin bu oyunda da qələbə üçün oynayacaqları aşkar idi.

Qonaqların pressinqi artıq 45-ci saniyədə özünü göstərdi. Akselin zərbəsi qapının üstündən keçdi. Bağırovun komandası təzyiq göstərərək rəqibi müdafiə olunmağa məcbur edirdi. “Dənizçilər” isə əks-hücumlara çıxmaq istəsələr də, ötürmələrdə dəqiqlik çatmırdı. Buna baxmayaraq, görüşdə hesabı elə meydan sahibləri açdı. 13-cü dəqiqədə künc zərbəsindən sonra Diniyevin ən kəskin qol silahı Ramalinqom başla dəqiq oynadı – 1:0. Bundan sonra qonaqlar hücumların kəsərini bir qədər də artırdı. 19-cu dəqiqədə Kurdiçin müdafiənin arxasına göndərdiyi ötürməni Orxan başla çərçivəyə yönəltsə də, Səlahət çətinlik çəkmədən topu tutdu. Bir qədər sonra səhnəyə yenə Orxan çıxdı. Kadirinin gözəl ara ötürməsindən sonra müdafiəçilərdən sıyrılıb topu sola çəkərək zərbə endirdi. Lakin bu dəfə də top düz Səlahətin qucağına getdi. Bir neçə dəqiqə sonra yenidən “Araz-Naxçıvan”ın “10 nömrəsi” qol imkanını qaçırdı. Nəhayət, 30-cu dəqiqədə Orxan istəyinə nail oldu. Manafovun cərimə zərbəsindən sonra Səlahətdən qayıdan topu tora qovuşdurdu – 1:1. Cəmi 5 dəqiqə sonra Yusifin qapıçıya səliqəsiz ötürmədən sonra Orxan növbəti dəfə fərqləndi. Meydan sahibləri ardıcıl iki qolun şokundan çıxa bilmirdi. Qoldan 1 dəqiqə sonra Kuzmanoviçin iti bucaq altından vurduğu zərbəyə Yusif mane oldu. İlk hissə elə bu hesabla yekunlaşdı.

İkinci hissədə də ilk təhlükəli vəziyyət qonaqlardan gəldi. Meydanın mərkəzində qazanılan topdan sonra qurulan əks-hücum zamanı Kuzmanoviç qapını dəqiq nişan aldı. Lakin yan xətt hakimi Akselin ötürməsi zamanı Kuzmanoviçin ofsaydda olduğunu bildirdi. Meydan sahibləri yavaş-yavaş özünə gəldi. Onların təzyiqi 53-cü dəqiqədə bəhrə verməyə yaxın oldu. Pressinq nəticəsində qazanılan topu Rüfət qapıdan azca aralı göndərdi. 7 dəqiqə sonra isə Bayıl təmsilçisi istəyinə çatdı. Rəqibin 2-ci qolunda kobud ötürmə səhvi ilə yadda qalan Yusif bu dəfə komandasının qoluna səbəbkar oldu. Onun müdafiənin arxasına göndərdiyi ötürməni Ramalinqom maksimum şəkildə dəyərləndirdi – 2:2. 72-ci dəqiqədə Orxan het-trik etməyə yaxın oldu. Rəqib müdafiəçilərini çaş-baş salan forvardın zərbəsi toru yandan silkələdi. 80-ci dəqiqədə isə qapıçıyla təkbətək çıxan Samirin zərbəsi qeyri-dəqiq oldu. 5 dəqiqə sonra Yusif uzaq məsafədən qüvvətli zərbə endirdi. Bu dəfə də qolkiper sayıqlığı əldən vermədi. Tərəflər son ana kimi qələbə əzmi nümayiş etdirdi. İlk yarıda qonaqlar, ikincidə meydan sahibləri fəal oldu. Heç-heçə hesabı dəyişmədi, bu isə o deməkdi ki, komandalar hesabat turuna 5-6-cı yerlərdə qədəm qoymudularsa, elə o yerdə də qaldılar.

Gözdən qaçmadı
* “Sektor-85” azarkeş qrupu 10 nəfərdən ibarət idi, onlardan da ikisi 8-12 yaş arasında olardı.
* “Sektor-85” matç başlamamış “Turan, Arazı buraya gətir” şüarını səsləndirdi.
* “Dənizçilər” azarkeş qrupu “Şəhriyar, sən bizim qəlbimizdəsən” şüarını səsləndirərək dünyasını dəyişən futbolçunu xatırladı.
* Azər Bağırov epizodların birində 4-cü hakim Tural Qurbanova yaxınlaşaraq baş hakim barədə “əslində sarı vərəqə verməlidi. Çünki, mən başlamaq istəyirəm o isə gecikdirir” dedi. 38-ci dəqiqədə olan başqa bir epizodda isə Kamran Əliyevə “gözünün qabağındadı, heç nə yoxdu axı”, – deyə etiraz etdi. Üstəlik bir neçə dəfə öz zonasını tərk etdi.
* 68-ci dəqiqədə Aksel yerdə qalandan sonra penalti gözləyən “Araz-Naxçıvan”ın ehtiyat oyunçular skamyasındakı hər kəs etiraz etdi.
* Şahin Diniyev futbolçusu Nir Bardeaya əsəbləşdi.
* Oyunun son dəqiqələrində “dənizçilər” hakimə təhqir məzmunlu şüarlar səsləndirdi.
* Yığmanın sabiq qapıçısı Kamran Ağayev stadiona gələnlər arasında idi.

KAMAL SƏFƏR

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

4-10-2023, 13:0

“Qarabağ” artıq zirvəyə şərikdi – TURUN ŞƏRHİ

Premyer-liqa / Reportaj

5-12-2023, 19:0

Kurdiç ... “Səbail”ə 1 xal qazandırdı - REPORTAJ

Reportaj / Avropa Liqası

7-10-2023, 15:0

Ardıcıl 2-ci qələbə ilə pley-offa doğru! - REPORTAJ

Ölkə futbolu / Reportaj

24-01-2024, 17:0

“Zirə” ardıcıl 6-cı oyunda qola həsrət qaldı – REPORTAJ

Premyer-liqa / Reportaj

26-08-2023, 14:0

Turan Naxçıvanı xilas etdi - REPORTAJ

Ölkə kuboku / Reportaj

11-02-2024, 19:0

“Zirə” “Səbail” səddini 3 qolla keçdi - REPORTAJ

Aktual
Mümkünsüz arzularla alovların arasından üzmək... – Dambrauskas şeir dedi
“Çempionat bitəndən sonra rəhbərliklə aramızda fikir ayrılığı yarandı” - Rahid Əmirquliyev
“Payde” Sumqayıtda yalqız qalacaq!
"Qarabağ"ın oyununda bizi narahat edə biləcək çox məqam var"- ÇSKA-nın baş məşqçisi
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
“İmarət Avropa” "Qarabağ"ı tək qoymayacaq
Son xəbərlər
  • Bu gün, 17:51
    ÇSKA-da taktiki sxem və heyət dəyişikliyi – fərqli oyun, yoxsa tələ?
  • Bu gün, 17:20
    “Araz-Naxçıvan” azarkeşlərdən bir qədər də uzaqlaşdı – klub problemi necə həll edəcək?
  • Bu gün, 16:59
    Mümkünsüz arzularla alovların arasından üzmək... – Dambrauskas şeir dedi
  • Bu gün, 16:28
    “Çempionat bitəndən sonra rəhbərliklə aramızda fikir ayrılığı yarandı” - Rahid Əmirquliyev
  • Bu gün, 15:57
    “Artıq milli komandanın baş məşqçi vəzifəsinə namizəd deyiləm” - Pirlonun “skuadra adzurra”ya təyinatı niyə rəsmiləşmədi?
  • Bu gün, 15:36
    “Bəzi suallara istədiyim cavabı verə bilməyəcəm” – Rəşad Sadıqov
  • Bu gün, 15:15
    “Payde” Sumqayıtda yalqız qalacaq!
  • Bu gün, 14:54
    “Karvan-Yevlax”dan növbəti transfer
  • Bu gün, 14:23
    "Qarabağ"ın oyununda bizi narahat edə biləcək çox məqam var"- ÇSKA-nın baş məşqçisi
  • Bu gün, 13:52
    “Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
  • Bu gün, 13:31
    ''Qalatasaray'' istəyir, ''Ayntraxt'' buraxmır
  • Bu gün, 13:00
    “İmarət Avropa” "Qarabağ"ı tək qoymayacaq
  • Bu gün, 12:39
    “İtaliyada insanları nəticədən başqa heç nə maraqlandırmır” - Fonseka “Milan”da işlədiyi dönəm haqda nələr dedi?
  • Bu gün, 12:18
    "Hər şey yaxşıdı, amma davam etmək lazımdı" - Aleksey İsayev
  • Bu gün, 11:57
    Azərbaycan klubu ilə anlaşdı, Bolqarıstana qaçdı
  • Bu gün, 11:36
    ''Qalatasaray''ın sabiq üzvündən şok sözlər - ''Bunları çox az insan görmək istəyər''
  • Bu gün, 11:15
    "Kəpəz" Qətər klubuna qarşı
  • Bu gün, 10:54
    Millimiz Çexiya ilə üz-üzə gələcək
  • Bu gün, 10:33
    “Sabahın Ulduzları” turnirinin püşkü atıldı
  • Bu gün, 10:13
    Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
  • Bu gün, 09:52
    İki güləşçimiz dünya çempionatının finalında
  • Bu gün, 09:31
    "Çox keyfiyyətli və yaxşı məşqçi tərəfindən hazırlanan komandaya uduzduq" - KuPS-un baş məşqçisi
  • Bu gün, 09:00
    Türkiyə klubu 900 minə aldığı oyunçunu 15 milyona satdı!
  • Dünən, 23:27
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 23:00
    “Sabah” və Mikels 10-a çatdı
  • Dünən, 22:06
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 21:55
    "Belə nəticə əldə etməyimizlə qürur duyuram" - Valdas Dambrauskas
  • Dünən, 21:24
    ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
  • Dünən, 21:10
    "İmişli" yoxlama oyunu keçirdi
  • Dünən, 20:52
    "Sabah" tarixində ilk dəfə avrokubokların liqa mərhələsində! - YENİLƏNİB
  • Dünən, 20:10
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 19:42
    “Sabah” Maludanı 3 milyon avroya satdı!
  • Dünən, 18:53
    Azərbaycan dünya çempionatında ilk medalını qazandı
  • Dünən, 18:22
    "Qəbələ" portuqaliyalı vinger aldı
  • Dünən, 18:00
    KuPS - "Sabah": START HEYƏTLƏRİ
Daha çox
Oxunub: 218
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 163
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 148
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 116
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə