“Red-Black Army” sözünün üstündə duracaq?

7.04.2024 15:40 216
Premyer-liqa / Manşet
“Qəbələ”nin “Red-Black Army” azarkeş qrupu aprelin 2-də keçirilən “Zirə” ilə (2:1) kubok matçında tribunada görünmədi.

Bunun səbəbi kimi isə hər dəfə Zirəyə gediş-gəlişin çətin olduğunu, əsasən çempionat oyununa hazırlaşdıqlarını bildirmişdilər. Görəsən, bu gün keçiriləcək çempionat görüşündə iştirak edəcəklərmi?

“Football-plus.az” qrupun idarəçilərindən Nəriman Təbrizlə əlaqə saxladı. O, “Red-Black Army”nin bu gün tribunalarda olacağını və komandaya lazımi səviyyədə dəstək verəcəyini bildirdi.

KAMAL SƏFƏR