İtaliya yığmasında baş məşqçi dəyişikliyi ola bilər.
"Football-plus.az" xəbər verir ki, Roberto Mançininin tezliklə milli komandanı tərk edəcəyi güman olunur.
İnsayder Mattias Poqun sosial şəbəkə hesabları vasitəsilə yaydığı xəbərə görə, “Yuventus”un baş məşqçisi Massimiliano Alleqri yığmada eyni posta əsas namizəddi.
İtaliya millisini çalışdıran Mançininin isə “Napoli”ni çalışdıra biləcəyi vurğulanıb. Neapol klubunun hazırkı baş məşqçisi Luçano Spalettinin bu mövsümün sonunda komandadan ayrılacağı gözlənilir.
Qeyd edək ki, Alleqrinin “Yuventus”la müqaviləsinin müddəti 2025-ci ilin iyununda başa çatacaq.