“Yuventus”un 12 illik seriyası qırılıb.
"Football-plus.az" xəbər verir ki, komanda A seriyasındakı yekun nəticəsinə və müəyyən sayda xalının silinməsinə görə Çempionlar Liqasına vəsiqə qazana bilməyib.
Massimiliano Alleqrinin komandası A seriyasının 37-ci turunda “Milan”a uduzub (0:1). Maliyyə saxtakarlığına görə 10 xalının silinməsindən sonra “Yuventus”un hesabında 59 xalı qalıb. Turin klubu 2010/11 mövsümündən sonra ilk dəfə Çempionlar Liqasında oynamayacaq. Komanda hazırda A seriyasında 7-ci yeri tutur.
“Yuventus”un hələ də avrokuboklara vəsiqə qazanmaq şansı var. Komanda 6-cı yerdəki “Roma”dan 1, 5-ci yerdəki “Atalanta”dan 2 xal geri qalır.