Massimiliano Alleqri ilə bağlı şayiələrə son qoyulub.
“Yuventus” Çempionlar Liqasının 1/8 finalında “Vilyarreal”a uduzaraq (1:1, 0:3) turnirdə mübarizəni dayandırandan sonra onun işini itirə biləcəyi xəbər verilmişdi. Lakin “Yuventus” rəhbərliyi baş məşqçisi ilə yolları ayırmayacaq. “Sky Sport Italia”nın xəbərinə görə, Turin klubu italiyalı mütəxəssislə növbəti mövsümdə də əməkdaşlığa davam edəcək. Ancaq məşqçi heyətində kadr dəyişiklikləri planlaşdırılır. Yeri gəlmişkən, komanda hazırda A seriyasında 29 oyuna 56 xalla 4-cü yeri tutur.