18 yaşadək voleybolçu qızlardan ibarət millimiz Latviyada keçirilən Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA) çempionatında bu gün dördüncü oyununa çıxacaq.
"Football-plus.az" xəbər verir ki, Şahin Çatmanın baş məşqçisi olduğu kollektiv Litva ilə qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 13.30-da başlayacaq.
Milli ilk üç turda Latviya, Ukrayna və Estoniyaya 0:3 hesabı ilə məğlub olub.
Qeyd edək ki, EEVZA çempionatı noyabrın 26-dək davam edəcək. AÇ-2024-ə seçmə xarakter daşıyan yarışın reqlamentinə əsasən, çempion olacaq komanda qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.