Həndbol millimiz AÇ-nın seçmə mərhələsində mübarizəyə başlayır

11.10.2023 11:55 238
İdman
Bu gün qadın həndbolçulardan ibarət millimiz 2024-cü ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayacaq.

"Football-plus.az" xəbər verir ki, yığma ilk görüşünə səfərdə çıxacaq.

Komanda saat 20.00-da Skopyedə Şimali Makedoniya ilə üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 14-də Bakı İdman Sarayında İspaniya, 2024-cü il fevralın 28-də isə Litva ilə qarşılaşacaq.