Voleybolçu qızlardan ibarət millimiz Estoniya ilə qarşılaşacaq

22.11.2023 11:55 214
İdman
Bu gün 18 yaşadək voleybolçu qızlardan ibarət millimiz Latviyada keçirilən Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA) çempionatında növbəti oyununu keçirəcək.

"Football-plus.az" xəbər verir ki, Şahin Çatmanın baş məşqçisi olduğu kollektiv Estoniya ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 15.30-da başlayacaq. Yığmamız daha əvvəl Latviya və Ukraynaya 0:3 hesabı ilə uduzub.

Qeyd edək ki, EEVZA çempionatı noyabrın 26-dək davam edəcək. AÇ-2024-ə seçmə xarakter daşıyan yarışın reqlamentinə əsasən, çempion olacaq komanda qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.