Millimiz AÇ-də son oyununa çıxır

10.10.2022 13:09 400
Yığma
19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan millisi bu gün sonuncu oyununu keçirəcək.

"Football-plus.az" xəbər verir ki, yığma Xorvatiyanın Pula şəhərindəki “Aldo Drosina” stadionunda bu ölkənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Bakı vaxtı ilə saat 13.00-da başlayacaq qarşılaşmanı Fransadan olan hakimlər briqadası idarə edəcək.

B Liqasının 1-ci qrupunda mübarizə aparan Azərbaycan əvvəlki 2 oyununda da uduzub. Yığma Monteneqroya 1:2, Kiprə isə 0:4 hesabıyla məğlub olub.

Avropa çempionatı
İlkin seçmə mərhələ, 3-cü tur

10 oktyabr

13.00 Azərbaycan - Xorvatiya
Baş hakim: Viktoriya Beyer (Fransa)