• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Abu Akal intriqanı Qəbələyə saxladı - REPORTAJ

Ölkə kuboku / Reportaj

5-04-2024, 12:0

Bu oyun tərəflərin hər biri üçün özünəməxsus əhəmiyyət daşıyırdı.

“Zirə” həm çempionat, həm də kubok vasitəsi ilə avrokuboklar vəsiqə şansını sona qədər saxlamaq istəyir. Çempionatda, demək olar ki, heç bir hədəfi qalmayan “Qəbələ”nin isə “qapını möhkəm çırpmaqdan” başqa yolu yoxdu.

İlk dəqiqələrdən meydanda gərgin mübarizə izlədik. Topa nəzarət edən meydan sahiblərindən Sumanın zərbəsini Atanqana dəf etdi. Hər iki komanda qol vurmaq üçün tələsirdi. Amma ilk 20 dəqiqənin geridə qalmasına baxmayaraq, hələ də real qol vəziyyəti yaranmamışdı. Nəhayət, qonaqların ifasında ilk təhlükəli vəziyyətin şahidi olduq. Əyyubun ötürməsindən sonra qapıçıyla təkbətəkə gedən Xalayla rəqib müdafiəçilərin təzyiqindən çıxa bilməyərək, topu itirdi. Epizodun davamında əks-hücuma çıxan Sadıqovun yetirmələri hesabı açmağa çox yaxın oldu. Salifunun qapı qarşısına ötürməsindən sonra Rəhim topa toxuna bilmədi. İlk hissədə qol vurulmadı.

İkinci yarıda komandaların aressivliyi daha da artdı. Qonaqların qapısı qarşısında yaranmış qarışıqlıqdan istifadə etmək istəyən Utziq akrobatik zərbəylə sabiq komandasını cəzalandırmağa yaxın oldu. Fəqət Atanqana topu dəf edə bildi. Hücumun davamında Salifu oyundakı səssizliyi pozdu. 51-ci dəqiqədə rəqibin cərimə meydançası daxilində topa qovuşan qvineyalı sol ayağıyla baxımlı qola imza atdı - 1:0.

Qoldan ruhlanan “qartallar” 17 dəqiqə sonra aradakı fərqi iki topa çatdırdı. Meydanın mərkəzində “qırmızı-qaralar”ın top itkisindən sonra İsmayılın usta ötürməsiylə başlayan hücum qolla tamamlandı. Bu dəfə Utziq keçmiş komandasını cəzalandıra bildi - 2:0. Bu arada yerli azarkeşlər tribunaları coşdurur, dayanmadan komandalarına dəstək olurdu. Sxadazenin komandası isə var qüvvəsiylə hücuma atılmışdı. 75-ci dəqiqədə Oçiqavanın uzaq məsafədən vurduğu zərbə təhlükəli alındı. Qonaqların hamılıqla hücuma atılması, təbii ki, müdafiədə boşluqların yaranmasına səbəb olurdu. Elə bu boşluğu görən Renato müdafiənin arxasına uzun ötürmə verdi. Qapıçıyla təkbətək çıxan Rəhim özü zərbə vurmayıb topu boşda olan Cibrilaya ötürdü. Amma o fürsəti dəyərləndirə bilmədi. Pressinqi artıran “Qəbələ” rəqib müdafiəçilərini səhvə yol verməyə məcbur edirdi. Belə epizodların birində Əyyub qapını yoxlasa da, zərbəsi Tyyaqo üçün heç bir təhlükə yaratmadı. Qonaqların təzyiqi, nəhayət, 90-cı dəqiqədə bəhrə verdi. Baukun qapı qarşısına ötürməsini Abu Akal qola çevirdi - 2:1. Cəmi 1 dəqiqə sonra “Zirə” hesab arasındakı fərqi artırmağa yaxın oldu. “Qartallar”ın yeni transferi Arazın zərbəsi qapı tirinə tuş gəldi.

Beləliklə, bu cütdə intriqa Qəbələyə daşındı.

Gözdən qaçmadı
* Meydanda çəkilən ağ xətlər yaxşı vəziyyətdə deyildi. Bəziləri solmuşdu, bəziləri isə butsların altında bərbad günə qalmışdı.
* “Qartallar” azarkeş qrupu dayanmadan fəal şəkildə komandaya dəstək oldu və baş məşqçiyə “Rəşad, kuboku Zirəyə gətir” söylədi.
* 16-cı dəqiqədə meydançaya ikinci topun daxil olmasına rəğmən, İnqilab Məmmədov hücumu saxlamamaq üçün oyunu davam etdirdi.

KAMAL SƏFƏR

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

18-03-2024, 21:0

“Neftçi” mövsümdə ilk böyükhesablı qələbəsini qazandı

Premyer-liqa / Reportaj

25-01-2024, 20:0

“Qəbələ” ilə məğlubiyyətlə başladı – REPORTAJ

Premyer-liqa / Reportaj

27-02-2024, 21:0

“Turan Tovuz” da razı qaldı, “Neftçi” də - REPORTAJ

Premyer-liqa / Reportaj

1-11-2023, 19:0

“Qəbələ” “Kəpəz”in varlığı ilə təsəlli tapır - REPORTAJ

Premyer-liqa / Reportaj

4-04-2023, 12:0

Yağışlı Zirədə qarşılıqlı qollar - REPORTAJ

Ölkə kuboku / Reportaj

11-02-2024, 22:0

“Qəbələ”yə bir hissə bəs etdi

Aktual
“Sabah” – “Orhus” oyununa neçə bilet satılıb? – hələ sənin üçün də yer var!
“Güclü klub yıxılandan sonra yenidən ayağa qalxa bilir” – Mirzə Bayrampur
“Avqustun istisi danimarkalı futbolçular üçün çətinlik yaradacaq” - ekspert fikri
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
“Demək olar ki, bütün gün stadiondayıq” – sonra da Faiq Cabbarova yardım edəcəklər
“Qarşıya qoyulan əsas məqsəd üç il ərzində elitaya yüksəlməkdi” - yeni baş məşqçi danışdı
Son xəbərlər
  • Bu gün, 18:54
    Türkiyəli qapıçı ''Yunayted''dən ayrılaraq İspaniyaya yollandı
  • Bu gün, 18:26
    Rüstəm Samiqullin "Karvan-Yevlax"da
  • Bu gün, 17:50
    Məğlub Nəriman!
  • Bu gün, 17:34
    "Xarakterimizdə təslim olmaq yoxdu” - Musa Qurbanlı
  • Bu gün, 17:20
    “Sabah” – “Orhus” oyununa neçə bilet satılıb? – hələ sənin üçün də yer var!
  • Bu gün, 16:57
    “Zirə” Namik Ələskərovla yolları ayırdı
  • Bu gün, 16:26
    “Güclü klub yıxılandan sonra yenidən ayağa qalxa bilir” – Mirzə Bayrampur
  • Bu gün, 15:55
    “Avqustun istisi danimarkalı futbolçular üçün çətinlik yaradacaq” - ekspert fikri
  • Bu gün, 15:44
    Elvinin durumu necədi? - "Qarabağ"dan açıqlama
  • Bu gün, 14:53
    İspaniya superkuboku Türkiyədə keçiriləcək?
  • Bu gün, 14:22
    "Şəfa" "Neftçi" və "Qarabağ"a qalib gəldi
  • Bu gün, 13:51
    “Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
  • Bu gün, 13:20
    UEFA reytinqində mövqeyimizi qoruduq
  • Bu gün, 12:59
    ''Beşiktaş'' yubiley qələbəsini azlıqda qazandı
  • Bu gün, 12:28
    "İnanıram ki, “Kəpəz” bu stadionu tam dolduracaq" - Azər Məmmədov
  • Bu gün, 12:06
    ''Qalatasaray''ın maraq göstərdiyi rusiyalı ulduzun meneceri nələr dedi?
  • Bu gün, 11:35
    O "Qarabağ" artıq yoxdu!
  • Bu gün, 11:00
    "Sabah" - "Orhus" oyununun hakimləri dəyişdirildi
  • Bu gün, 10:36
    Murad Avropa Liqasında oynadı, komandası uduzdu
  • Bu gün, 10:00
    "Qarabağ"a daha çox qol vura bilərdik" - "Dinamo"nun baş məşqçisi
  • Dünən, 23:55
    "Qarşımızda yaxşı müdafiə olunan bir komanda var idi" - Qurban Qurbanov
  • Dünən, 23:19
    Mahir KL-də oynadı, komandası heç-heçə etdi
  • Dünən, 22:57
    "Qarabağ" "Dinamo"ya uduzdu - YENİLƏNİB
  • Dünən, 22:28
    “Demək olar ki, bütün gün stadiondayıq” – sonra da Faiq Cabbarova yardım edəcəklər
  • Dünən, 22:08
    "Kəpəz" yeni stadionunda "Karvan-Yevlax"ı məğlub etdi
  • Dünən, 21:30
    "Şəfa" rəhbərliyi komanda ilə görüşdü
  • Dünən, 20:55
    Mahir Konfrans Liqası oyununun start heyətində
  • Dünən, 20:43
    Slavik Alxasov "Səbail"də
  • Dünən, 19:55
    "Dinamo" - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 18:45
    İspaniya klubunu tərk etdi
  • Dünən, 18:10
    Asim Xudiyevə UEFA-dan təyinat
  • Dünən, 17:30
    Ötən ay karyerasını bitirən tanınmış ingiltərəli hakim Türkiyədə işləyəcək!
  • Dünən, 16:58
    AFFA “Şamaxı” və “Qəbələ” üçün maarifləndirici təlimlər keçdi
  • Dünən, 16:07
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 15:35
    Qapıçı ilə müqavilə yeniləndi
Daha çox
Oxunub: 180
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 117
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 95
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 79
Nonsens: “Kəpəz”in veteranı xəstədi, veteranlar AFFA-ya üz tutur!
Oxunub: 78
“Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə