Dünən Türkiyə çempionatının 1-ci liqasında 28-ci turun oyunları keçirilib.
"Football-pus.az" xəbər verir ki, yığmamızın hücumçusu Ramil Şeydayevin şərəfini qoruduğu “Kocaelispor” “Göztəpə” ilə qarşılaşıb. Oyun məhz Şeydayevin sahəsində meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Start heyətində yer almayan Ramil 69-cu dəqiqədə meydana çıxıb, 90+7-ci dəqiqədə komandasına həlledici penaltini qazandırıb.
82-ci dəqiqəyə qədər 0:2 geridə olan “Kocaelispor” 83, 90 və 90+7-də qazandığı penaltilər sahəsində qalib gəlib. Komanda bu nəticədən sonra 48 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.