Ramilin komandasından gözlənilməz məğlubiyyət

17.02.2024 23:26 181
Dünya futbolu
Türkiyə 1-ci liqasında 23-cü turun oyunları keçirilir.

"Football-plus.az" xəbər verir ki, millimizin hücumçusu Ramil Şeydayevin formasını geyindiyi "Kocaelispor" "Şanlıurfaspor"u qəbul edib və gözlənilmədən 0:1 hesabı ilə uduzub. Yeganə qolu 72-ci dəqiqədə Payxao vurub.

Ramil bu görüşdə iştirak edib. O, 46-cı dəqiqədə meydana daxil olub

"Kocaelispor" 43 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. "Şanlıurfaspor" isə 22 xalla 15-cidi.