"Kocaelispor" lideri yendi, Ramil debüt etmədi

20.01.2024 22:10 262
Dünya futbolu
Türkiyə 1-ci liqasında 19-cu turun oyunları keçirilir.

"Football-plus.az" xəbər verir ki, bu gün Ramil Şeydayevin formasını geyindiyi "Kocaelispor" doğma meydanda Arda Turanın rəhbərlik etdiyi "Eyüpspor"u qəbul edib. Qarşılaşma ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Ramil bu matçda yeni komandasının heyətində debüt edə bilməyib. Millimizin üzvü görüşü ehtiyat oyunçular skamyasında izləyib.

Xallarını 36-ya yüksəkdən "Kocaelispor" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. "Yaşıl-qaralar" lider "Eyüpspor"dan 9 xal geri qalır.