Ramilin komandasından heç-heçə

2.03.2024 23:00 177
Ölkə futbolu
Türkiyə 1-ci liqasında 25-ci turun oyunları keçirilir.

"Football-plus.az" xəbər verir ki, millimizin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi "Kocaelispor" səfərdə "Erzurum BB" ilə qarşılaşıb. Matç 0:0 hesabı ilə başa çatıb.

Ramil bu görüşdə iştirak edib. O, 78-ci dəqiqədə meydana daxil olub.

Bu nəticədən sonra "Kocaelispor" 45 xalla 3-cü, "Erzurum BB" isə 31 xalla 10-cu pillədə qərarlaşıb. Turnir cədvəlinə 61 xalla "Eyüpspor" başçılıq edir.