Ramil oynadı, "Kocaelispor" qələbə qazandı

3.02.2024 19:57 370
Dünya futbolu
Türkiyə 1-ci liqasında 21-ci turun oyunları keçirilir.

"Football-plus.az" xəbər verir ki, bu gün Ramil Şeydayevin formasını geyindiyi "Kocaelispor" doğma meydanda "Adanaspor"u qəbul edib. Qarşılaşma ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Ramil Şeydayev də bu görüşün iştirakçısı olub. 27 yaşlı forvard matça start heyətdə başlayıb və 73-cü dəqiqədə əvəzlənib.

21 turdan sonra 42 xal toplayan "Kocaelispor" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.