Ramil Şeydayevdən qol ötürməsi

9.12.2023 22:39 400
Dünya futbolu
Bu gün Tayland çempionatında 13-ci tura start verilib.

"Football-plus.az" xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin çıxış etdiyi “Buriram Yunayted” doğma meydanda "Nakhon Pathom"la qarşılaşıb. Matç meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Ramil Şeydayev meydana start heyətində çıxıb və 90+2-ci dəqiqədə əvəzlənib. O, komandasının 56-cı dəqiqədə vurduğu qolun ötürməsini verib.

Bu nəticədən sonra “Buriram Yunayted” 21 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.