Ramil Şeydayev debüt etdi

28.01.2024 22:51 218
Ölkə futbolu / Manşet
Türkiyə 1-ci liqasında 20-ci turun oyunları keçirilir.

"Football-plus.az" xəbər verir ki, millimizin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi "Kocaelispor" "Altay"la qarşılaşıb. Futbolçumuzun komandası 2:0 hesablı qələbə qazanıb.

Həmyerlimiz matça start heyətdə çıxıb. O, 72-ci dəqiqədə əvəzlənib. Şeydayev 40-cı dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.