• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Terim yenə Luçesku ilə bacarmadı - onun kiçik qızı boşandı

Dünya futbolu

4-04-2024, 00:0

Türkiyədə olduğu kimi, Yunanıstan çempionatında da gərgin çempionluq mübarizəsi davam edir.

“Football-plus.az” xəbər verir ki, Türkiyədə titul uğrunda iki komanda mübarizə aparırsa, Yunanıstanda bunların sayı 4-dü. Fatih Terimin çalışdırdığı “Panatinaikos” ötən tur səfərdə “Olimpiakos”u məğlub etməklə çempionluq pley-offuna əla start vermişdi. Amma Afina təmsilçisi bu uğurun davamını gətirə bilmədi. Srağagün “ağ-yaşıllar” doğma meydanda PAOK-u qəbul etdi. İş elə gətirib ki, PAOK Terim üçün Yunanıstanda həm ən prnsipial, həm də ən çətin rəqibə çevrilib. Bu komandanı Mirça Luçeskunun oğlu Razvan çalışdırır. “İmperator” yeni klubunun başında çempionatda ilk məğlubiyyətini məhz PAOK–la ev oyununda yaşamışdı. Yanvarın sonlarına təsadüf edən həmin matçdan öncə Mirça Luçesku “Terimi Türkiyədəki derbilərdə məğlub edərək “Beşiktaş”ı çempion etmişdim. İndi də oğlum ona rəqibdi. Razvanın Terimə uduzacağını düşünmürəm” açıqlamasını verməklə diqqəti çəkmişdi. Düzdü, türkiyəli mütəxəssis bu məğlubiyyətin qisasını kubokda almış və yarımfinalda “Panatinaikos” PAOK səddini adlamışdı (səfərdə 1:0, evdə 1:2, p. – 6:5). Amma bazar günü çempionluq pley-offunun 2-ci turunda “Panatinaikos” yenə evdə PAOK-a uduzaraq (2:3) çempionluq yolunda ağır yara aldı. Yenə Mirça Luçeskunun sözləri yada düşdü. “Panatinaikos” Terimin başçılığı altında keçirdiyi 18 rəsmi oyundan 9 qələbə, 5 heç-heçə, 4 məğlubiyyətlə ayrılıb. Bu 4 məğlubiyyətdən 3-ü Razvan Luçeskunun komandası ilə oyunlarda qeydə alınıb. Özü də üçü də evdə! Son uğursuzluqdan sonra 59 xala malik olan “Pana” ilə lider arasında fərq 6 xala yüksəldi. AEK 65 xalla 1-ci, PAOK 63 xalla 2-ci pillədədi. Maraqlidi ki, PAOK-a məğlubiyyətin ardından Terim hakimlikdən gileyləndi. Baxmayaraq ki, oyunu əcnəbi hakim – danimarkalı Mikkel Redder idarə edirdi:

“PAOK-u təbrik edirəm. Bir çox şansımız olsa da, dəyərləndirə bilmədik. Adətən, hakimlik haqda danışmağı xoşlamıram. Amma Yunanıstan çempionatı səviyyəsiz hakimlərə layiq deyil. Belə oyunun sonuna cəmi 4 dəqiqə əlavə edən hakim utanmalıdı. Mən hələ verilməyən qırmızı vərəqədən və qayda pozuntularından danışmıram. Belə hakim göndərməkdənsə, göndərməsələr yaxşıdı. Bura Danimarkanın ən pis hakimini göndəriblər”.


Terimin bu sözləri onsuz da oyundan sonra Yunanıstan mətbuatında ona yönələn tənqidin dərəcəsini bir qədər də artırıb. Bir çox nəşrlərin və idman portallarının fikrincə, düzgün heyət qurmayan və yığmaların düşərgəsindən yorğun qayıdan oyunçulara şans verən “İmperator” səhvi özündə axtarmaq əvəzinə hakimi “qurbanlıq qoyuna” çevirmək istəyib. “Panatinaikos” növbəti oyununu artıq sabah keçirəcək. “Ağ-yaşıllar” evdə son çempion AEK-i qəbul edəcək.

Terimdən söz düşmüşkən, bir xəbəri də diqqətinizə çatdıraq. Ünlü mütəxəssisin kiçik qızı Busə Terim bugünlərdə 10 illik həyat yoldaşı Volkan Bahçekapılıdan boşanıb! Cütlüyün 2016-cı il təvəllüdlü Nil və 2018-ci il təvəllüdlü Naz adlı qızları var. 40 yaşlı iş adamı Volkan Bahçekapılı əslən trabzonlu olsa da, “Fənərbaxça” azarkeşi kimi tanınır. O, Əmrə Belözoğlunun xalası oğludu. Boşanma xəbərlərinin ardından qısa açıqlama verən Busə bunları deyib:
“Uzaqlaşaraq bəzi problemləri yoluna qoya bilməyəcəyimizi anladığımız üçün evliliyimizi bitirmək qərarına gəldik. Bu evliliyin bizə hədiyyəsi iki qızımızdı. Bu çətin dönəmimizdə bizim və xüsusilə də övladlarımızın həyatına hörmətlə yanaşacağınıza ümid edirik”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

7-02-2024, 19:0

Terim “Olimpiakos”u çempionluq mübarizəsindən kənarlaşdırdı

Dünya futbolu

30-01-2024, 14:0

Terim Yunanıstanda ilk məğlubiyyətlə üzləşdi

Dünya futbolu

14-02-2024, 14:0

Terimin komandası addım-addım zirvəyə yaxınlaşır

Dünya futbolu

15-02-2024, 12:0

Terim Luçeskudan qisasını aldı

Dünya futbolu

13-01-2024, 12:0

''Terimin gəlişindən sonra ''Olimpiakos'' fanatlarının sayı artıb''

Dünya futbolu

28-02-2024, 19:0

Terimin komandası autsayderlə bacarmadı

Aktual
“Demək olar ki, bütün gün stadiondayıq” – sonra da Faiq Cabbarova yardım edəcəklər
“Qarşıya qoyulan əsas məqsəd üç il ərzində elitaya yüksəlməkdi” - yeni baş məşqçi danışdı
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Elvin Yunuszadə bu klubda üç əcnəbidən biri oldu
“Sabah” cütün taleyinin Bakıda həll olunmasına çalışmalıdı” – Şahin Diniyev
Səfər matçlarında söz sahibləri “Qarabağ”ın tanışları olacaq!
Son xəbərlər
  • Dünən, 23:55
    "Qarşımızda yaxşı müdafiə olunan bir komanda var idi" - Qurban Qurbanov
  • Dünən, 23:19
    Mahir KL-də oynadı, komandası heç-heçə etdi
  • Dünən, 22:57
    "Qarabağ" "Dinamo"ya uduzdu - YENİLƏNİB
  • Dünən, 22:28
    “Demək olar ki, bütün gün stadiondayıq” – sonra da Faiq Cabbarova yardım edəcəklər
  • Dünən, 22:08
    "Kəpəz" yeni stadionunda "Karvan-Yevlax"ı məğlub etdi
  • Dünən, 21:30
    "Şəfa" rəhbərliyi komanda ilə görüşdü
  • Dünən, 20:55
    Mahir Konfrans Liqası oyununun start heyətində
  • Dünən, 20:43
    Slavik Alxasov "Səbail"də
  • Dünən, 19:55
    "Dinamo" - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 18:45
    İspaniya klubunu tərk etdi
  • Dünən, 18:10
    Asim Xudiyevə UEFA-dan təyinat
  • Dünən, 17:30
    Ötən ay karyerasını bitirən tanınmış ingiltərəli hakim Türkiyədə işləyəcək!
  • Dünən, 16:58
    AFFA “Şamaxı” və “Qəbələ” üçün maarifləndirici təlimlər keçdi
  • Dünən, 16:07
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 15:35
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 15:00
    "Turan Tovuz" serbiyalı futbolçu transfer etdi
  • Dünən, 14:40
    “Qarşıya qoyulan əsas məqsəd üç il ərzində elitaya yüksəlməkdi” - yeni baş məşqçi danışdı
  • Dünən, 14:08
    "Araz Naxçıvan" Slavik Alxasovla vidalaşdı
  • Dünən, 13:30
    AFFA nümayəndəsinə UEFA-dan təyinat
  • Dünən, 13:09
    “Qarabağ”da yeni məşqçi təyinatları
  • Dünən, 12:42
    "Gəncə" "Neftçi"nin oyunçusunu transfer etdi
  • Dünən, 12:00
    “Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
  • Dünən, 11:32
    ''Beşiktaş'' yeni ulduzuna hələ də lisenziya çıxara bilməyib
  • Dünən, 11:00
    “Qarabağ” – “Dinamo” oyununun biletləri satışa çıxır
  • Dünən, 10:31
    Türkiyəli hakim ''Ayaks''ın oyununa təyinat aldı
  • Dünən, 10:00
    Elman Sultanov "Mingəçevir"in baş məşqçisi oldu
  • Dünən, 00:40
    "Rəqibin bu qələbəyə tam layiq olduğunu düşünmürəm" - Valdas Dambrauskas
  • 5-08-2026, 23:0
    Yığmamız İslandiyaya uduzdu
  • 5-08-2026, 22:0
    "Qarabağ" heç də asan rəqib deyil" - "Dinamo"nun baş məşqçisi
  • 5-08-2026, 21:0
    Elvin Yunuszadə bu klubda üç əcnəbidən biri oldu
  • 5-08-2026, 21:0
    Azərbaycan dünya çempionatına ev sahibliyinə hazırlaşır
  • 5-08-2026, 20:0
    "Sabah"ın matçı nə vaxt başlayacaq? - klubdan açıqlama
  • 5-08-2026, 20:0
    “Sabah” cütün taleyinin Bakıda həll olunmasına çalışmalıdı” – Şahin Diniyev
  • 5-08-2026, 19:0
    "Orhus" - "Sabah" oyununun vaxtı dəyişdirildi
  • 5-08-2026, 19:0
    Səfər matçlarında söz sahibləri “Qarabağ”ın tanışları olacaq!
Daha çox
Oxunub: 180
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 168
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 124
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 112
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 95
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 93
Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə