• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Terimin komandası autsayderlə bacarmadı

Dünya futbolu

28-02-2024, 19:0

Fatih Terimin çalışdırdığı “Panatinaikos”un nəticələri hələ ki fanatları tam qane etmir.

"Football-plus.az" xəbər verir ki, Afina nəhəngi ötən həftəiçi Yunanıstan kuboku çərçivəsində evdə PAOK-a qarşı dramatik matçda penalti seriyasında möcüzəvi sayıla biləcək bir qələbə qazanaraq adını finala yazdırdı. Amma daxili çempionatda komanda xallar itirməkdə davam edir. Bazar günü Yunanıstan superliqasının 24-cü turunun son oyunu çərçivəsində türkiyəli mütəxəssisin komandası doğma “Apostolos Nikolaidis”də sonuncu pillədə qərarlaşan autsayder “Kifisia”nı qəbul etdi. 2012-ci ildə yaradılan “Kifisia” Afinanı təmsil etdiyi üçün bu oyun derbi sayılırdı. Aşkar favorit statusunda olan “Panatinaikos” Palasiosun qolu ilə fasiləyə öndə yollandı. Meydan sahibləri 2-ci hissənin əvvəllərində də qol vurdu. Amma VAR-ın müdaxiləsindən sonra ofsayd qeydə alındı. Sonrakı dəqiqələr “Panatinaikos” üçün çətin keçdi. 64-cü dəqiqədə mərkəz müdafiəçisi Şenkeveld kobud oyuna görə qırmızı vərəqə alaraq “ağ-yaşıllar”ı azlıqda qoydu. Cəmi 4 dəqiqə sonra qonaqların künc zərbəsi zamanı qurduqları hücumun qarşısını kəsmək istəyən Arao başla topa toxunaraq avtoqol müəllifi oldu. Xatırladaq ki, bu braziliyalı yarımmüdafiəçi “Panatinaikos”a ötən yay “Fənərbaxça”dan transfer olunub. Azlıqda qalan meydan sahibləri qalan vaxtda qalib gəlməkdən çox məğlub olmağa yaxın idi. “Kifisia” bir neçə gözəl fürsəti boşa verdi və oyun 1:1-lik bərabərliklə yekunlaşdı. “Panatinaikos”dan fərqli digər nəhənglər – “Olimpiakos”, PAOK və AEK turu qələbə ilə başa vurdu. Terimin komandası 24 oyuna topladığı 52 xalla 3-cü pillədə qərarlaşıb və lider AEK-dən 3 xal geridədi. “Panatinaikos”un ardıcıl 2-ci ev oyununda qalib gələ bilməməsi “İmperator”a yönələn tənqidləri artırıb. Çünki 23-cü turda Afina nəhəngi öz meydanında “Lamia” ilə də 1:1 bərabərə qalmışdı. Maraqlıdı ki, Yunanıstan mətbuatında Terimin mövsümü “Panatinaikos”un başında tamamlamayacağı barədə şayiələr peyda olub. 70 yaşlı mütəxəssisin Səudiyyə Ərəbistanından təklif aldığı deyilir. Terim oyunsonrası mətbuat konfransında bəxtsizlikdən şikayətləndi və fanatlara pley-offda durumu düzəldəcəklərinə söz verdi. Qeyd edək ki, 14 komandalı Yunanıstan çempionatında normal mövsümün bitməsinə 2 tur qalıb. Daha sonra pley-off oynanılacaq. İlk “6-lıq”dakı klublar çempionluq, son “8-lik”dəki klublar isə elitada qalmaq uğrunda mübarizə aparacaq. “Panatinaikos” indiyə qədər Terimin başçılığı altında 15 rəsmi oyundan 7 qələbə, 5 heç-heçə, 3 məğlubiyyət ilə ayrılıb.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

18-01-2024, 10:0

Terimin komandası məğlubiyyətsiz yoluna davam edir

Dünya futbolu

23-02-2024, 00:0

Terimin komandası dramatik şəkildə finala yüksəldi

Dünya futbolu

4-01-2024, 19:0

Terimin Yunanıstan macərası qələbə ilə başladı

Dünya futbolu

15-02-2024, 12:0

Terim Luçeskudan qisasını aldı

Dünya futbolu

30-01-2024, 14:0

Terim Yunanıstanda ilk məğlubiyyətlə üzləşdi

Dünya futbolu

14-02-2024, 14:0

Terimin komandası addım-addım zirvəyə yaxınlaşır

Aktual
DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
“Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
“Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
Son xəbərlər
  • Dünən, 21:57
    Onun yolu Madridədi?
  • Dünən, 21:26
    "Hər iki görüşdə qələbə qazanmaq niyyətindəyik" - Ayxan Abbasov
  • Dünən, 20:55
    Milli komandada yeni təyinat
  • Dünən, 20:24
    Yeni kapitan oldu
  • Dünən, 19:53
    Romadan Milana üz tuta bilər
  • Dünən, 19:22
    “Ayın qolu” layihəsində qaliblər açıqlandı
  • Dünən, 18:47
    DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
  • Dünən, 18:20
    Tellur daha iki il "Sabah"da
  • Dünən, 17:50
    "Karvan-Yevlax" Mateusla vidalaşdı
  • Dünən, 17:29
    Messi ilə birgə oynayacaq
  • Dünən, 16:58
    Mövsümün ən yaxşı futbolçusu seçildi
  • Dünən, 16:27
    "Qəbələ" Murad Musayevlə vidalaşdı
  • Dünən, 15:56
    “Şəfa” Avropa Futbol Klubları təşkilatına üzv oldu
  • Dünən, 15:26
    "Sabah" Amin Seydiyevlə yollarını ayırdı
  • Dünən, 14:55
    ''Beşiktaş'' italiyalı məşqçi ilə anlaşa bilər
  • Dünən, 14:24
    ''Trabzonspor'' Onananın daha bir il qalmasını istəyir
  • Dünən, 13:53
    Karrikin aqibəti müəyyənləşdi
  • Dünən, 13:22
    Sterlinq nəyə görə saxlanılıb?
  • Dünən, 12:51
    "Karvan-Yevlax"dan ayrıldı, İsrail klubuna keçdi
  • Dünən, 12:20
    Montella bu sistemin Türkiyə üçün ən optimal variant olduğunu düşünür - ''Bunun ən gözəl örnəyi PSJ-di''
  • Dünən, 11:59
    Belə bölgə futbolu kimə lazımdı?
  • Dünən, 11:41
    "Şamaxı" da növbəti ayrılıq - Enrike də getdi
  • Dünən, 11:20
    “Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
  • Dünən, 10:59
    Millimiz final oyununa çıxır - AÇ
  • Dünən, 10:28
    ''Qalatasaray''ın Türkiyə yığmasının üzvü üçün təklif etdiyi məbləğ bəlli oldu
  • Dünən, 09:57
    Addai "Qarabağ"la vidalaşdı
  • 3-06-2026, 23:0
    Keyn ilə Olise Münheni tərk edəcəklər?
  • 3-06-2026, 23:0
    A seriyasında istefa
  • 3-06-2026, 22:0
    "Qarabağ"ın U-14 komandası beynəlxalq turnirdə iştirak edəcək
  • 3-06-2026, 22:0
    "Şahdağ Qusar"ın idman direktoru müəyyənləşdi
  • 3-06-2026, 22:0
    Paytaxt klubunu tərk edəcək
  • 3-06-2026, 21:0
    Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
  • 3-06-2026, 21:0
    Yunanıstan karyerası 7 ay çəkdi
  • 3-06-2026, 20:0
    AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama
  • 3-06-2026, 20:0
    Madridi tərk edəcək
Daha çox
Oxunub: 409
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 211
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 209
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 197
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 169
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Oxunub: 164
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi Cavid Hüseynovdu? - özü danışdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə