• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Hakim səhvi “Sumqayıt”ı ilk “dördlüy”ə saldı - REPORTAJ

Premyer-liqa / Reportaj

3-04-2024, 15:0

Oyunun hər iki komanda üçün əhəmiyyəti göz önündəydi. “Sumqayıt” ilk “dördlüy”ə qayıtmaq, “Araz-Naxçıvan” uğursuzluq zolağından qurtulmaq üçün meydana çıxmışdı.

İlk hücum cəhdi “kimyaçılar”dan gəlsə də, Abdullanın yerinə düşən müdaxiləsi topun meydandan çıxmasıyla nəticələndi. 5-ci dəqiqədə isə ölkə futbolunun növbəti hakimlik faciəsinə şahidlik etdik. Daha dəqiqi, Kamranbəy Rəhimovla Cavid Cəlilovun birgə fəaliyyəti fiaskoyla nəticələndi. Belə ki, Rezabala Səbuhinin ötürməsindən sonra “çərçivə”ni nişan aldı. Top ekvadorlu yarımmüdafiəçinin qeyri-dəqiq zərbəsindən sonra meydanı tərk etdi. Ardından Rezabala topa müdaxilə etmək məqsədilə irəli atılan Avrama ilişərək yerə yıxıldı. Maraqlıdı ki, həmin təmas zərbədən sonra qeydə alınsa da, “Araz-Naxçıvan”ın qapısına penalti təyin olundu. Təbii ki, qapıçının hansısa qayda pozuntusuna yol vermədiyi aşkar idi. Penaltini yerinə yetirən Ninqa hesabı açdı – 1:0. Növbəti təhlükəli vəziyyəti Araz-Naxçıvan”ın ifasında izlədik. Nunonun uzun ötürməsindən sonra Kuzmanoviç Maşikeyə toxunub önünə düşən topa sahib çıxdı. O, Nqandoya, sonuncu isə Elvisə ötürmə verdi. Lakin konqolu yarımmüdafiəçinin başla qapıya zərbəsi Mehdini aldatmağa bəs etmədi. Qapıçı kritik seyvlə yadda qaldı. “Sumqayıt”ın fərqi ikiyə çatdırmaq istəyinə Avram mane oldu. Moldovalı qolkiper operativ davrandığından Səbuhinin uzaqdan gözlənilməz zərbəsini dəf etdi. Bu ərəfədə hər iki komandanın hücumları sıralansa da, “dişə vurulası” epizod yox idi. Hissənin sonunda meydan sahiblərinin fərqi artırması mümkün idi. Lakin Ninqa Muratanın ötürməsini qapıdan keçirə bimədi. Hər halda, üzərinə gələn topu tutmaq Avram üçün çətin olmadı. Sulimanın qeyri-dəqiq ötürməsindən faydala bilməyən Kadirini də qeyd etmək mümkündü. Qanalı yarımmüdafiəçi topun önünə düşməsindən sonra qapıya zərbə endirmək üçün fürsət tapsa da, Mehdi səhvə yol vermədi. Beləliklə, ilk yarıda “Sumqayıt”ın üstün oyununu izlədik. “Araz-Naxçıvan”ın hakim qərarından sonra süstləşən futbolçuları isə hansısa uğurla yadda qalmadı.

Belə tendensiya 2-ci hissə üçün də keçərli oldu. Oyun canlanandan bir neçə dəqiqə sonra Ninqanın qapıdan yan keçən zərbəsi azarkeşləri həyəcanlandırdı. Montekanın ötürməsini isə Rezabala dəyərləndirə bilmədi. Daha dəqiqi, Avram bu dəfə də keçilməz oldu. Çox keçmədən Ninqanın ötürməsini puç edən Rövlan qeyri-dəqiq ötürməylə yadda qaldı. Muxtar Respublika təmsilçisi isə meydanda yox kimi idi. “Sumqayıt” qələbə sayəsində ilk “dördlüy”ə döndüsə, “Araz-Naxçıvan” “avrokubok zonası”ndan bir qədər də uzaq düşdü.

Gözdən qaçmadı
* Azarkeşlər martın 28-də 26 yaşını tamamlayan Rövlanın doğum gününü şüarlarla təbrik etdi.
* “Sektor 85” hədsiz zəif dəstəklə yadda qaldı. Onlar nominal azarkeş təsiri bağışlayırdı. “Kimyaçılar” isə əvvəldən sona qədər komandanı dəstəklədi.
* Media sektoru internetlə təmin edilməmişdi.
* Samir Abasov cəzalı olduğundan matçı tribunadan izlədi. O, Ninqanın hesabı açdığı epizodda sevinmədi. Əksinə, başını aşağı saldı. Görəsən, niyə?
* “Sumqayıt”ın məşqçisi Seymur Rəhimov hakimin qərarına etiraz etdiyinə görə 90+2-ci dəqiqədə qırmızı vərəqəylə cəzalandırıldı.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

2-04-2024, 23:0

15 turdan sonra döndü, korladı

Premyer-liqa / Reportaj

7-11-2023, 21:0

“Sumqayıt” “Araz-Naxçıvan”ı göydən yerə endirdi - REPORTAJ

Premyer-liqa / Reportaj

26-12-2023, 22:0

“Turan Tovuz” “Araz-Naxçıvan”a iki gün qol vurdu - REPORTAJ

Premyer-liqa / Reportaj

5-09-2023, 22:0

“Araz-Naxçıvan” Gəncədə sevindi - REPORTAJ

Premyer-liqa / Reportaj

26-08-2023, 14:0

Turan Naxçıvanı xilas etdi - REPORTAJ

Premyer-liqa / Reportaj

6-02-2024, 20:0

“Kəpəz” Qəbələdə rəqib tanımır - REPORTAJ

Aktual
"Qarabağ" ölkə futbolunun ən bahalı satışını reallaşdırır! - bu oyunçu gedir
“Sabahkı matçda rəqibə sürpriz hazırlamışıq” - Komnen Andriç
"Nyu Seynts"i məğlub etmək məsələsi sual altındadı" - Diniyev "Sabah"ın şansını dəyərləndirdi
"Sabah" cütün aşkar favoritidi! - bukmekerlər belə deyir...
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
"Nyu Seynts"dən "Sabah"a qarşı həmlə - son anda öz yetirməsini transfer etdi
Son xəbərlər
  • Dünən, 23:49
    "Sabah"ın potensial rəqiblərinin matçında da iki qol, bir "qırmızı"
  • Dünən, 23:24
    "Komandamdan daha çox qol gözləyirdim" - Valdas Dambrauskas
  • Dünən, 23:01
    Messi də 1/4 finalda oynayacaq! - DÇ gecəsi
  • Dünən, 22:24
    "Evdə daha güclü komandalara qarşı yaxşı nəticələr qazanmışıq" - "Nyu Seynts"in baş məşqçisi
  • Dünən, 22:06
    "Qarabağ" ölkə futbolunun ən bahalı satışını reallaşdırır! - bu oyunçu gedir
  • Dünən, 21:59
    "Sabah" Çempionlar Liqasına qələbə ilə başladı - YENİLƏNİB
  • Dünən, 21:17
    "Şəfa"nın hazırlıq planı dəyişdi
  • Dünən, 20:46
    Millimizin rəqibləri məlum oldu - Avropa Kuboku
  • Dünən, 20:15
    Mustafa daha iki il "Araz-Naxçıvan"da
  • Dünən, 19:46
    “İmişli”də yeni məşqçi təyinatı
  • Dünən, 19:00
    “Sabah” - "Nyu Seynts": START HEYƏTLƏRİ
  • Dünən, 18:38
    “Sabahkı matçda rəqibə sürpriz hazırlamışıq” - Komnen Andriç
  • Dünən, 18:20
    “Rəqibi yaxşı təhlil etmişik, Azərbaycan liqasını izləmişik” – almaniyalı çalışdırıcı
  • Dünən, 18:10
    “Qarabağ” yeni formalarını təqdim etdi
  • Dünən, 17:51
    Dünya çempionatında rekordçu oldu
  • Dünən, 17:20
    Rodri Portuqaliyanın hansı futbolçusundan üzr istədi?
  • Dünən, 16:59
    “Hazırlıq üçün az vaxt oldu” - Rəşad Sadıqov
  • Dünən, 16:27
    "Qəbələ"də növbəti ayrılıq
  • Dünən, 16:10
    Premyer-liqanın püşkü nə vaxt atılacaq?
  • Dünən, 15:56
    "Nyu Seynts"i məğlub etmək məsələsi sual altındadı" - Diniyev "Sabah"ın şansını dəyərləndirdi
  • Dünən, 15:42
    ''Fənərbaxça'' tarixinin ən bahalı transferini tamamladı?
  • Dünən, 15:14
    Üç muşketyor başlayır!
  • Dünən, 14:56
    "Sabah" cütün aşkar favoritidi! - bukmekerlər belə deyir...
  • Dünən, 14:43
    “Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
  • Dünən, 14:01
    “Qarabağ” - “Vestri” oyununa nə qədər bilet satılıb?
  • Dünən, 13:46
    "Nyu Seynts"dən "Sabah"a qarşı həmlə - son anda öz yetirməsini transfer etdi
  • Dünən, 13:24
    AFFA prezidenti komandalarımıza uğurlar arzuladı
  • Dünən, 13:05
    Qritseviçlə Jitari təcrübəsiz, Hüytiya təcrübəlidi...
  • Dünən, 12:53
    “Sabah” püşkatmada üçüncü səbətdə yer alacaq
  • Dünən, 12:39
    “Xankəndi” üç futbolçusu ilə vidalaşdı
  • Dünən, 12:08
    Amin Ramazanov "Sabah"da
  • Dünən, 12:00
    “Sabah”a böyük ümidlərlə
  • Dünən, 11:52
    “Sabah” – “Nyu Seynts” matçına neçə bilet satılıb? – hələ minlərlə boş yer var!
  • Dünən, 11:35
    Gözlənilən aqibətlə üzləşdi
  • Dünən, 11:14
    “Azərbaycan adını eşidən elə ölkələr var ki...” - səfər oyunlarının yayını sual altındadı
Daha çox
Oxunub: 317
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 273
Elvin canını qurtardı, bəs, Abbasın aqibəti necə olacaq? - baş məşqçi açıqladı
Oxunub: 242
Zaur Ramazanov bu dəfə “bu həftə” dedi…
Oxunub: 203
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 132
"Neftçi" Varqas düyününü çözə biləcəkmi? - "Makkabi" "ağ-qaralar"ı soymaq istəyir!
Oxunub: 129
Axırıncı dəfə olsun, Elvin!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə