• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Araz-Naxçıvan” Gəncədə sevindi - REPORTAJ

Premyer-liqa / Reportaj

5-09-2023, 22:0

Bu matç hər iki tərəf üçün eyni dərəcədə vacib idi.

“Kəpəz” və “Araz-Naxçıvan” 4 turun nəticələrinə görə uyğun olaraq, 8-9-cu pillələrdə qərarlaşmışdı. Qalibi millinin oyunlarıyla bağlı fasiləyə rahat yollanmaqla yanaşı, “Sabah”ı da qabaqlayacaqdı. Ötən tur “Araz-Naxçıvan” “Sumqayıt”la (1:1), “Kəpəz” “Qarabağ”la (1:1) heç heçə etdiyindən komandaların psixoloji durumu yaxşı idi. Gəncə təmsilçisi bu cəhətdən daha üstün görünürdü. Amma proqnozlar növbəti dəfə reallıqla üst-üstə düşmədi. “Sarı-göylər” “qırmızı-ağlar”ın təzyiqinə təxminən yarım saat tab gətirdi. Düzdü, Azər Məmmədovun yetirmələri oyuna fəal başlamışdı. Avramın qoruduğu “çərçivə”yə ardıcıl zərbələr gəlirdi. Şuaybu və Əlicanov bəxtini sınasa da, qolkiperin müdaxiləsi uğurlu alındı. Bundan sonra qonaqlar hegemonluğu ələ aldı. Kuzmanoviç qola çox yaxınlaşmışdı ki, Vasilyuçek qayda pozuntusuyla onu dayandırdı. 40-cı dəqiqədəki epizod hakimin penalti təyin etməsiylə nəticələndi. Məsuliyyət ötən mövsümün bombardiri Orxanın üzərinə düşdü. O, penaltini dəqiq yerinə yetirdi. Qolkiper önə atılsa da, top ona toxunaraq tora qovuşdu. Bundan sonra ev sahiblərinin daha yaxşı çıxış edəcəyi gözlənilirdi. Lakin azarkeşlərin möhtəşəm dəstəyi belə işə yaramadı. Gəncəlilərin “ölü” oyunu ikinci qolu labüd etdi. Rodriges “Kəpəz”in sağ cinahındakı boşluqdan faydalanıb xeyli irəlilədi. Vinger həmin epizoddakı çıxışını Orxana ötürməsiylə bitirdi. İlk qolun müəllifi isə bu dəfə də fərqləndi - 45-ci dəqiqədə gözəl baş zərbəsiylə Vasilyuçeki növbəti dəfə məyus etdi.

İkinci yarı da “Araz-Naxçıvan”ın təzyiqiylə başladı. Qonaqlar ardıcıl qol vəziyyətləri yaradırdı. Hücum cəhdlərindən birində Tural kəsərsiz zərbə vurdusa, digərində Vasilyuçek Orxanın “çərçivə”yə göndərdiyi topu tutdu. Hər halda, “Kəpəz” təsəlli qolunu vura bildi. Turan Manafov Elnur Cəfərovu qayda pozuntusu hesabına dayandırdı. Kvirkviya da penaltini boşa vermədi. Qoldan sonra “sarı-göylər”in daha inamlı çıxışını izlədik. Azər Məmmədovun komandası sona yaxın hücumları intensivləşdirdi. Şuaybunun zərbəsi kəsərsiz alındısa, Elnur boş qapını dəqiq nişan ala bilmədi. Məhz bu epizoddan sonra ədalət təmsilçisinin final fiti “Kəpəz”in məğlubiyyətini rəsmiləşdirdi.

Gözdən qaçmadı
*“Kəpəz” azarkeşləri 13-cü dəqiqədə mərhum futbolçu Şəhriyar Əliyevi yad etdi. Onlar “Ən böyük kapitan bizim kapitan” şüarını səsləndirdi.
* AFFA İcraiyyə Komitəsinin üzvü, Futzal Federasiyasının prezidenti Zaur Axundov matçı stadiondan izləməyə gəlmişdi. Gəncəli yaşlı azarkeşlər ona “Misli”ni ölkəyə kim gətirib? Xahiş edirik, Azərbaycan futbolunu qoruyun, məhv olmasına icazə verməyin” sözlərini dedilər. Axundov isə futbolun qorunduğunu, inkişafa doğru addımların atıldığını və hər şeyin daha yaxşı olacağını bildirdi.
*“Kəpəz” azarkeşləri matçboyu baş hakim Kamran Əliyevi təhqir etdi. Oyundan sonra polislərlə birlikdə meydançanı tərk edən ədalət təmsilçisi tərəfdarların ciddi qınaq uğultusuyla yola salındı.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

16-07-2023, 20:0

“Kəpəz” “Araz-Naxçıvan”la qarşılaşacaq

Premyer-liqa

3-09-2023, 16:0

"Kəpəz" - "Araz-Naxçıvan" - Heyətlər

Premyer-liqa

22-08-2023, 14:0

“Zirə” vahid liderdi, amma üç izləyicisi var - TURUN İCMALI

Ölkə futbolu

20-07-2023, 11:0

"Araz-Naxçıvan" "Kəpəz"lə üz-üzə

Premyer-liqa

30-08-2023, 16:0

"Araz-Naxçıvan" növbəti oyuna itkilərlə hazırlaşır

Aktual
KuPS “Sabah”ın üç təhlükəli futbolçusunun adını açıqladı – rəqibi “gecənin favoriti” adlandırdı
"Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov
“Sabah” 2-ci təsnifat mərhələsində də favoritdi - əmsallar bəllidi
“Zirə” “Qarabağ”ın böyükhesablı qələbəsinin şahidindən asılıdı
KuPS “Sabah” haqda 10 fakt tapdı – “bayquşlar”la finləri nə birləşdirir?
“Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
Son xəbərlər
  • Dünən, 23:57
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 23:26
    Erməni güləşçilər Bakıya gələcək
  • Dünən, 23:19
    Gözlənilən təyinat rəsmən açıqlandı
  • Dünən, 23:00
    "Çox keyfiyyətli oyunçular transfer etmişik" - Valdas Dambrauskas
  • Dünən, 22:29
    "Müdafiə olunmağa məcbur idik" - KuPS-un baş məşqçisi
  • Dünən, 21:58
    "Sabah"dan minimalhesablı qələbə - YENİLƏNİB
  • Dünən, 20:11
    ''Aston Villa''nın sabiq ulduzu Duranın geri dönməsini istəmir
  • Dünən, 19:40
    KuPS “Sabah”ın üç təhlükəli futbolçusunun adını açıqladı – rəqibi “gecənin favoriti” adlandırdı
  • Dünən, 19:20
    "Sabah" - KuPS: START HEYƏTLƏRİ
  • Dünən, 19:09
    "Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov
  • Dünən, 18:31
    “Sabah” 2-ci təsnifat mərhələsində də favoritdi - əmsallar bəllidi
  • Dünən, 18:10
    “Zirə” “Qarabağ”ın böyükhesablı qələbəsinin şahidindən asılıdı
  • Dünən, 17:58
    KuPS “Sabah” haqda 10 fakt tapdı – “bayquşlar”la finləri nə birləşdirir?
  • Dünən, 17:37
    ''Qalatasaray''ın həbsdə olmuş futbolçusuna iki təklif gəlib
  • Dünən, 17:06
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 16:35
    "Zİrə" kot-d’İvuarlı hücumçu transfer etdi
  • Dünən, 16:09
    “Məhəbbətdən nifrətə bir addım var, hər şeyə hazır olmaq lazımdı” – Yuri Vernidub
  • Dünən, 15:54
    “Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
  • Dünən, 15:24
    ''Çelsi'' ''Fənər''in üzvünü transfer edə bilər
  • Dünən, 14:53
    "Şəfa" kanadalı vinger aldı
  • Dünən, 14:31
    "Çatışmayan məqamlar var" - Azər Məmmədov
  • Dünən, 14:00
    ÇSKA Bakıya azarkeş gətirməyə risk etmədi – cəmi 50 nəfər...
  • Dünən, 13:41
    “İmişli” böyükhesablı qələbə qazandı
  • Dünən, 13:34
    "Qəbələ" nigeriyalı futbolçu aldı
  • Dünən, 13:17
    "Sabah" - KuPS matçına neçə bilet satılıb? - sən də al!
  • Dünən, 12:57
    "Ümumilikdə hər şey planlaşdırdığımız kimi keçdi" - Cavid Hüseynov
  • Dünən, 12:26
    Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək
  • Dünən, 11:55
    Bruno Franko daha bir il "Araz-Naxçıvan"da
  • Dünən, 11:34
    "Qarabağ"ın iştirak ərizəsi açıqlandı
  • Dünən, 11:13
    "Monpelye"nin yetirməsi "Turan Tovuz"da
  • Dünən, 10:52
    Mahir Emreli beş ildən sonra Polşaya qayıtdı - yeni Vəli Qasımov ola bilmədi...
  • Dünən, 10:31
    "Qarabağ" zirvədə, "Sabah" 15-ci pillədə
  • Dünən, 10:00
    "Araz-Naxçıvan"dan böyükhesablı qələbə
  • 20-07-2026, 23:0
    Doğma klubuna qayıtdı
  • 20-07-2026, 22:0
    Klubu ilə yenidən anlaşdı
Daha çox
Oxunub: 239
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 229
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 185
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 161
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 128
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə