“Ümumiyyətlə, aşağı yaş qruplarında oyunlar süni örtükdə keçirilir” – mətbuat katibi məşqçinin narazılığını izah etdi

2.04.2024 15:30 172
Aktual / Ölkə futbolu
Xəbər verdiyimiz kimi, "Sabah" "Ravenna Cup"da 5-ci oldu. Komandanın baş məşqçisi Nasir Nəsirlinin turnirlə bağlı fikirlərini bölüşərkən Azərbaycanda ancaq süni qazonda oynadıqlarını bildirmişdi.

Turnirdə isə təbii ot örtüyündə mübarizə aparıblar. Buna görə də uşaqlarda yorğunluq hiss olunub. Nasir bəy süni otda oynamaqla bağlı narazılıq edib. Əvəzedicilər və qalan yaş qrupları süni örtükdəmi məşq edir? Ümumiyyətlə, harada məşq edirlər? Bu suallarla “Sabah”ın mətbuat xidməti rəhbəri Elnur Həmidova müraciət etdik:

“Burda süni ot örtüyündə oynamaqla bağlı hansısa narazılıq yoxdu. Sadəcə, süni ot örtüyündən təbiiyə və əksinə keçəndə yaşanan çətinliklərdən bəhs edib. Ümumiyyətlə, aşağı yaş qruplarında oyunlar süni örtükdə keçirilir. "Sabah" Futbol Akademiyasının komandaları "ASK Arena"da məskunlaşıb”.

ƏSƏD SEYİDOV