Qriliş niyə komandadan ayrı düşüb?

7.11.2026 16:16 0
Dünya futbolu
Cek Qriliş bir neçə gündü “Everton”un formasında görünmür. Artıq bunun səbəbi məlumdu.

"Football-plus.az" xəbər verir ki, vu barədə İngiltərənin “The Sun” nəşri məlumat yayıb. Mənbənin bildirdiyinə görə, 31 yaşlı futbolçu oktyabrın 19-da gecə əyləncəsinə qatılıb. O, karaoke məkanında səhər saatlarına qədər əylənib. Ertəsi gün isə pabların birində dostları ilə birlikdə spirtli içki qəbul edib.

Nəşrin yazdığına görə, Qriliş bundan sonra komandanın məşqinə icazəsiz qatılmayıb. Bu hadisə “Everton” rəhbərliyinin və baş məşqçi Devid Moyesin narazılığına səbəb olub. Nəticədə futbolçu İngiltərə Liqa kubokunda “Nyukasl”la matçın (3:1) iştirak ərizəsinə daxil edilməyib.

Qeyd edək ki, Cek yayda “Mançester Siti”dən icarə əsasında “Everton”a keçib. O, ötən mövsümü də bu klubda icarə əsasında keçirmişdi.