“Qarabağ”ın futbolçusunu süni nəfəs aparatından ayırıblar

1.05.2023 15:36 341
Ölkə futbolu
“Qarabağ-2”nin futbolçusu Şirxan Həsənzadənin məşq zamanı ürəyinin dayandığını və dərhal xəstəxanaya çatdırılaraq əməliyyat edildiyini yazmışdıq.

Aprelin 26-də klubdan əldə etdiyimiz məlumata görə, müdafiəçi ECMO (Ekstrakorporal Membran Oksigenasiya) aparatına qoşulub. Vəziyyəi ağır sabit kimi qiymətləndirilir.

Şirxanın son durumunu öyrənmək məqsədilə dünən yenidən “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə ilə əlaqə saxladıq:

“Həkimlər onu ürək və ağciyər fəaliyyətinin təmin edilməsi üçün nəzərdə tutulan süni nəfəs aparatından ayırıb. Hazırda vəziyyəti əvvəlki günlərlə müqayisədə yaxşıdı. Amma hələ ki tam oyadılmayıb”.


KƏNAN BAHADIR