Yığma ayın 5-də B liqasının 1-ci qrupu çərçivəsində yerli komanda ilə üz-üzə gələcək, aprelin 9-da isə Bakıda İsçevrə ilə qarşılaşacaq. Qarşıdakı oyunlarla bağlı yığmanın kapitanı Sevinc Cəfərzadənin fikirlərini öyrəndik:
“Hər idmançının, komandanın arzusu qalib gəlməkdi. Qrupda çox çətin rəqiblərimiz var. Hər üç ölkənin qadın futbol çempionatı və oyunçuları çox yaxşıdı. İsveçrənin, Macarıstanın oyunçuları top-komandalarda oynayır. Bu komandalarla azı bərabərə qalmaq stəyirik. İndidən böyük danışıb vəd vermək istəmirəm. Çünki oyundan qabaq verdiyim müsahibələrdə böyük sözlər demirəm. Rəqibin kimliyindən asılı olmayaraq, işi görəndən sonra danışmağı sevirəm. Amma əlimizdən gələni edəcəyik ki, ən azı rəqibdən 1 xal qoparmağa çalışaq”.
GÜNAY SÜLEYMANOVA






