• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Mart bitməmiş “Qarabağ” bitirdi - REPORTAJ

Premyer-liqa / Reportaj

30-03-2024, 18:0

İlk dəqiqələr “Kəpəz”in üstünlüyü şəraitində keçdi. Düşünmək olardı ki, gəncəlilər matça çox ciddi hazırlaşıb və liderə qarşı fərqli oyun göstərəcək. Hətta bu ərəfədə təhlükəli vəziyyətlər də qeydə alındı.

Əvvəlcə Elmir uzaqdan zərbəylə bəxtini sınasa da, Lunyov yerində idi. Növbəti cəhd Amildən gəldi ki, rusiyalı qolkiper bu dəfə də təslim olmadı. O, irəli atılıb hesabın açılmasına imkan vermədi. “Qarabağ”ın hücum cəhdlərinə 10-cu dəqiqədən sonra şahidlik etməyə başladıq. Fərqlənmək istəyən Zubir idi. Lakin Rodriges fransalı yarımmüdafiəçinin qarşını almaqda çətinlik çəkmədi. Hesab yetərincə tez açıldı. Leandronun sağ cinahda hərəkətlənən Abbası görməsi topun Zubirə çatmasıyla nəticələndi. Abdulla tələsmədən Romaoya ötürmə verdi və braziliyalı 21-ci dəqiqədə “çərçivə”ni dəqiq nişan aldı – 1:0. Həmin anda “Kəpəz”in müdafiə xəttinin çaşqın və çarəsiz davranışı da nəzərdə qaçmadı. Bir qədər sonra nominal meydan sahiblərinin qapıçısı Toralın fərqlənmək istəyini puç etdi. “Sarı-göylər”in növbəti təhlükəli epizodunu Martinsin təqdimatında izlədik. Braziliyalı yarımmüdafiəçi hücumu təkbaşına bitirmək niyyətində idi. O, sürəti hesabına rəqib futbolçuları qabaqlamaq istəsə də, Abbas özünü çatdırdı və komandasını xilas etdi. “Köhlən atlar”ın buna cavabı çox gecikmədi. Zubir Nərimanın ötürməsindən sonra topu tora qovuşdurdu. Lakin vurulan qol qeydə alınmadı. Daha dəqiqi, VAR-dan gələn xəbərdarlıqda Zubirin ofsaydda olduğu bildirildi. Hissənin sonuna qədər başqa qol olmadı.

İkinci hissə “Qarabağ”ın kəskin təzyiqiylə başladı. Rəqibi dinamik və sürətli oyuna məcbur edən ağdamlılar müdafiə xəttini yarmağı asanlaşdırdı. Leandro 52-ci dəqiqədə hər şey etdi, işi bitirməyi Juninyoya buraxdı. Braziliyali hücumçuya, sadəcə, topa son toxunuşu etmək qaldı. Juninyo cəmi 4 dəqiqə sonra növbəti dəfə fərqləndi. Və bu qolun da ötürməsini Leandro verdi. Bundan sonra “Kəpəz”in müqavimət ruhu qırıldı. Artıq “Qarabağ” rəqibin cərimə meydançasına qədər irəliləməkdə çətinlik çəkmirdi. Odu ki, növbəti qol sürpriz sayılmadı. Zubirin ötürməsini “çərçivə”yə göndərən Abbas hesabı 4:0 etdi. Bununla “sarı-göylər”in “yumşalan” müdafiə xətti konkret əridi. Nominal meydan sahibləri Toralın təkbaşına cərimə meydançasına daxil olub Elvinə ötürmə verməsinə də mane ola bilmədi. Nəticədə sonuncu dəqiq zərbəylə fərqi 5-ə çatdırdı. Cəfərquliyev burda qol müəllifi olsu da, komandasının altıncı qolunda məhsuldar ötürmə ilə yadda qaldı.
Yarımmüdafiəçinin qapı önünə paralel şəkildə göndərdiyi topu Cica tora qovuşdurdu. “Kəpəz”in yeganə qolunu sonradan meydana çıxan futbolçular təşkil etdi. Mahirin sol cinahdan qurduğu hücum qapı önünə ötürməsiylə davam etdi, Fal özünü topa çatdırıb zərbə endirməyi bacardı. Beləliklə, “Qarabağ” “Kəpəz”i darmadın etməklə tarixindəki 11-ci çempionluğu rəsmiləşdirdi. Mart bitməmiş çempionluq intriqası bitdi. Təbriklər, “Qarabağ”... Gəncəlilər isə uzaqbaşı “Qəbələ”nin də bu tur uduzmasıyla təsəlli tapa bilər...

Gözdən qaçmadı
* Matçdan öncə “Qarabağ”ın Minskdə çempion olan U-14 komandasına əsas kollektiv tərəfindən hədiyyələr verildi.
* Oyunun start fiti təxminən 10 dəqiqə gec çalındı.
* Stadionun qapıarxası tablolarında nasazlıq var idi.
* Əvəzedici heyətə göndərilən Adama Niane matçı tribunadan izləyirdi.
* “Qarabağ Ordu”, “İmarət Tayfa”, “Qarabağ Hooligans” və “Xəmsə” fanklubları tribunalarda idi.
* ⁠Oyundan sonra azarkeşlər “Qarabağ” futbolçularıyla “göy-ağ” şüarını səsləndirirdi. Azyaşlı tərəfdarlar Qurban Qurbanovun avtomobilini “mühasirəyə alıb”, stadionu tərk etməsinə icazə vermirdilər.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

19-03-2024, 20:0

Yorğun “Qarabağ” Tovuzda da xal itirmədi - REPORTAJ

Premyer-liqa / Reportaj

21-02-2024, 22:0

Ponomaryovun “Sabah”ı yavaş-yavaş irəliləyir – REPORTAJ

Premyer-liqa / Reportaj

26-12-2023, 22:0

“Turan Tovuz” “Araz-Naxçıvan”a iki gün qol vurdu - REPORTAJ

Premyer-liqa / Reportaj

19-12-2023, 14:0

“Qarabağ” ardıcıl 10-cu derbinin qalibi oldu – REPORTAJ

Premyer-liqa / Reportaj

26-12-2023, 19:0

“Zirə” bu dəfə də evdə “Qarabağ”ı məğlub edə bilmədi - REPORTAJ

Premyer-liqa / Reportaj

1-11-2023, 19:0

Tovuz Gəncəni darmadağın etdi - REPORTAJ

Aktual
“Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
“O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
“Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
"Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
“Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
“Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
Son xəbərlər
  • Dünən, 23:54
    "Keyfiyyətli komanda olduğumuzu göstərməliyik" - Valdas Dambrauskas
  • Dünən, 23:16
    "Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
  • Dünən, 22:27
    “80 dəqiqə ərzində ilk qolu vura bilsək, oyun tam yenidən başlayacaq” - “Nyu Seynts”in baş məşqçisi
  • Dünən, 22:23
    “Turan Tovuz”un rəqiblərindən biri bilindi
  • Dünən, 21:27
    “Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
  • Dünən, 20:51
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:20
    "Kəpəz" sabiq qapıçısını qaytardı
  • Dünən, 19:49
    ''Fənərbaxça'' Qrinvudu nə üçün açıqlamır?
  • Dünən, 19:18
    Arda Turan ''Şaxtyor''a iki psixoloq dəvət etdi
  • Dünən, 18:47
    ''Qalatasaray'' yayın ilk transferini bitirməyə yaxındı
  • Dünən, 18:16
    ''Fənər'' yoxlama oyunlarında qollardan doymur
  • Dünən, 17:47
    “O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
  • Dünən, 17:29
    "Qəbələ"nin sabiq futbolçusu "Olimpiakos"da
  • Dünən, 16:58
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 16:27
    "Baku Sporting" hücumçu transfer etdi
  • Dünən, 15:56
    Mbappe yarımfinal matçını buraxacaq?
  • Dünən, 15:25
    Bir qol vurdu, ən yaxşı oyunçu seçildi
  • Dünən, 14:40
    Fuad Bayramov "Səbail"də
  • Dünən, 14:15
    “Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
  • Dünən, 13:54
    "Qəbələ" 5 yoxlama oyunu keçirəcək
  • Dünən, 13:23
    MS daha bir oyunçu transfer etdi
  • Dünən, 12:57
    Nəriman start heyətində oynadı, komandası heç-heçə etdi
  • Dünən, 12:36
    Final matçı bu topla oynanılacaq
  • Dünən, 12:15
    Babək Quliyev Konfrans Liqasının matçında
  • Dünən, 11:54
    Millimiz rekorda imza atdı
  • Dünən, 11:23
    Hamını arxada qoydu
  • Dünən, 10:52
    "Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
  • Dünən, 10:31
    "Neftçi" Xorvatiya klubuna qarşı
  • Dünən, 10:00
    Lissabondan Madridə üz tutdu
  • 12-07-2026, 23:0
    Klubu ilə yenidən anlaşdı
  • 12-07-2026, 23:0
    Kapitan “gəmini” tərk etməyəcək
  • 12-07-2026, 22:0
    Son çempiondan unikal göstərici
  • 12-07-2026, 22:0
    "Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
  • 12-07-2026, 22:0
    Dortmundu tərk etməyə yaxındır
  • 12-07-2026, 21:0
    “Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
Daha çox
Oxunub: 215
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 199
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 155
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 143
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə