• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Tovuz Gəncəni darmadağın etdi - REPORTAJ

Premyer-liqa / Reportaj

1-11-2023, 19:0

Qərb derbisi turun maraqla gözlənilən oyunlarından biri idi.

"Turan Tovuz"un "Kəpəz"i qəbul etdiyi matçda hər iki komandanı xeyli azarkeş dəstəkləyirdi. İlk yarı gərgin mübarizə şəraitində keçdi. Tərəflər hesabı açmaq üçün fürsət axtarır, çəkinmədən irəli atılırdı. İlk təhlükəli vəziyyəti "Kəpəz" yaratdı. Lakin Rüfət Əhmədovun qapı önünə göndərdiyi topu "çərçivə"dən keçirmək mümkün olmadı. Növbəti hücum cəhdində ev sahibləri baş rolda idi. Bu dəfə Fəridin zərbəsi qeyri-dəqiq alındı. Daha sonra Niane hesabı aça bilərdi. O yerdə qalan qapıçının qaçırdığı topu uğursuz toxunuşla meydandan çıxardı. Amma burda "Kəpəz" üçün heyifsilənməyə dəyməz. Çünki yan xətt hakiminin bayrağı havada idi. Martinsin qapıya zərbələrində isə belə hal yox idi. O, iki dəfə qol şansından yararlana bilmədi. Bunlardan birində qeyri-dəqiqlik, digərində Aydının ustalığı önəmli rol oynadı. Ardınca Rodriges Conun qüvvətli zərbısini dəf etməli oldu. Qolkiper hətta zədə riskini gözə alıb rəqibin hesabı açmasını əngəllədi. Birinci yarının sonlarına yaxın "Turan Tovuz" təzyiqi artırdı. Artıq rəqib müdafiə olunmağa məcbur idi. Nəhayət, 45-ci dəqiqədə hesab açıldı. Daha dəqiq desək, Otto Con Millerin uzaqdan ötürməsini "çərçivə"dən keçirməklə tovuzlu azarkeşləri ayağa qaldırdı. “Turan Tovuz” fasiləyə 1:0 öndə yollansa da, "Kəpəz" ilk yarıda zəif təsir bağışlamadı. Düşünmək olardı ki, 2-ci hissə daha rəqabətli keçəcək. Lakin… 54-cü dəqiqədə Miller fərqi artırdı. O, künc zərbəsinin ardından yaranan qarışıqlıqdan məharətlə istifadə etdi. Meydan sahiblərinin növbəti qolunu da çox gözləmək lazım gəlmədi. Cəmi 4 dəqiqə sonra Sərtan Marandiçinin ötürdüyü topu başla qapıdan keçirdi. Bu ərəfədə "Kəpəz"in müdafiəsi aciz görünür, qonaqlar kəsərli hücumlar qura bilmirdi. Onlar sanki 50-ci dəqiqədən sonra oyundan qopmuşdu. Hətta hansısa ciddi rəqabətdən də söhbət gedə bilməzdi. Sadəcə, Kvirkviyanın iki zərbəsinin şahidi olduq ki, birincidə Aydın təhlükəni asanlıqla sovuşdurdu, ikincidə isə top qapıdan keçsə də, gürcü oyundankənar vəziyyətdəydi. 67-ci dəqiqədə hesab arasındakı fərq daha biabırçı həddə çatdı. Paçu Faiqin ötürməsini qola çevirdi - 4:0. Elə burdaca oyunu bitirmək olardı. Bəlkə də tovuzlular artıq Gəncənin qonşuluqda yerləşdiyini xatırlayıb, daha çox qol vurmaq istəmədi…

Gözdən qaçmadı
* "Kəpəz"in icraçı direktoru İlqar Nadiri matçı "stayboks"un çölündən izləsə də, ilk qoldan sonra böyük təəssüf hissi ilə içəri girdi və bir daha çölə çıxmadı.
* Bütün azarkeşlər 44-cü dəqiqədə ayağa qalxdı və "Şəhidlər ölməz, vətən bölünməz!", "Ən böyük əsgər, bizim əsgər!" şüarlarını səsləndirdi.
* Fasilədə "Turan Tovuz"un yeni istifadəyə verdiyi "fanfood"da uzun növbələr yarandı. Onlar arasında "ac olmasaq da, kluba xeyrimiz dəysin" deyən azarkeşlər var idi.
* "Turan Tovuz" azarkeşləri 4-cü qoldan sonra "beş, beş, beş", - deyə tribunaları lərzəyə gətirirdi.
* "Kəpəz"in ən böyük fanklubu "Xəmsə" 70-ci dəqiqədən sonra tribunaları tərk etdi. Onlarla tovuzlular arasında gərginlik yaşanacaqdı ki, tərəflər polisin müdaxiləsiylə sakitləşdi.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Reportaj

18-04-2023, 19:0

“Kəpəz” tilsimi Qəbələdə qırdı - REPORTAJ

Premyer-liqa / Reportaj

2-05-2023, 20:0

“Səbail”in oyanışı fayda vermədi - REPORTAJ

Premyer-liqa / Manşet / Reportaj

27-09-2023, 20:0

“Sabah”ın böhranı davam edir: 6-cı qələbəsiz oyun! - REPORTAJ

Premyer-liqa / Reportaj

22-10-2023, 11:0

İşıqlı Tovuzda məhsuldar gecə - REPORTAJ

Premyer-liqa / Reportaj

22-08-2023, 12:0

Paytaxt derbisində hərəyə 1 xal - REPORTAJ

Premyer-liqa / Reportaj

15-08-2023, 13:0

Çempion ilk qələbəsini darmadağınla qazandı - REPORTAJ

Aktual
“Amma etiraf etmək lazımdı ki, rəqib komandanın oyunçuları...” – Fərhad Vəliyev Koxalskini müdafiə etdi
“Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
“Azərbaycanda bir stadiondan bir neçə klubun istifadə etməsi praktikası var” – Xankəndidə kimlər oynayacaq?
“Qarabağ” artıq Konfrans Liqası səviyyəsini keçmiş komandadı” - “İmarət” günahı kimdə gördü?
Təəssüf: Nəriman Messi ilə üz-üzə gələ bilməyəcək!
Ceyhun Nuriyevin legionerlik arzusu niyə çin olmadı? - seçimini izah etdi
Son xəbərlər
  • Bu gün, 11:33
    Məşhur fransalı Maltada oynayacaq
  • Bu gün, 11:02
    “Amma etiraf etmək lazımdı ki, rəqib komandanın oyunçuları...” – Fərhad Vəliyev Koxalskini müdafiə etdi
  • Bu gün, 10:31
    "Şamaxı"nın 13 yaşlı futbolçusu vəfat etdi
  • Bu gün, 10:00
    Messi meydana çıxdı, Nəriman şans qazanmadı
  • Bu gün, 00:21
    Fiziki qüsurlu futbolçu avrokubok matçında qol vurdu!
  • Dünən, 23:10
    MS-ni tərk edə bilər
  • Dünən, 22:40
    "Sizinlə işləmək mənim üçün böyük şərəf idi" - De Blekerdən AFFA-ya məktub
  • Dünən, 22:19
    "Sabah" nigeriyalı vinger aldı - RƏSMİ
  • Dünən, 21:59
    “Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
  • Dünən, 21:28
    Tofiq Musayevdən növbəti qələbə - UFC
  • Dünən, 21:17
    Güləşçimiz finalda - DÇ
  • Dünən, 21:00
    “Azərbaycanda bir stadiondan bir neçə klubun istifadə etməsi praktikası var” – Xankəndidə kimlər oynayacaq?
  • Dünən, 20:13
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 19:41
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 19:10
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:39
    ''Qalatasaray''ın ulduzuna yenə təklif var
  • Dünən, 18:00
    “Qarabağ” artıq Konfrans Liqası səviyyəsini keçmiş komandadı” - “İmarət” günahı kimdə gördü?
  • Dünən, 17:39
    Muslera: ''Futbolun mənə bu qədər acı çəkdirəcəyini düşünməmişdim''
  • Dünən, 17:09
    ''Fənər''in bu futbolçusu İsmayıl Kartala lazım deyil
  • Dünən, 16:06
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 15:35
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 15:14
    ''Beşiktaş''la ''Fənər'' oyunçularını dəyişdirə bilərlər
  • Dünən, 14:53
    AFFA De Blekerlə vidalaşdı
  • Dünən, 14:22
    Təəssüf: Nəriman Messi ilə üz-üzə gələ bilməyəcək!
  • Dünən, 13:51
    Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
  • Dünən, 13:20
    Ceyhun Nuriyevin legionerlik arzusu niyə çin olmadı? - seçimini izah etdi
  • Dünən, 12:59
    ''Fənər''in hər iki oyununun hakimi bəlli oldu
  • Dünən, 12:28
    Yığmamız Portuqaliya ilə qarşılaşacaq
  • Dünən, 11:57
    ''Qalatasaray'' sonda paraqvaylı ulduza yönəldi
  • Dünən, 11:36
    “Bu gün bəxtimiz gətirdi, eyni zamanda keyfiyyətimizi də göstərdik” - rəqibin qol vuran futbolçusu danışdı
  • Dünən, 11:15
    Anatolinin adı iştirak ərizəsinə salınmadı
  • Dünən, 11:00
    “Qarabağ” Avropa Liqasından Konfrans Liqasına yollandı - REPORTAJ
  • Dünən, 10:53
    Nonsens: “Kəpəz”in veteranı xəstədi, veteranlar AFFA-ya üz tutur!
  • Dünən, 10:36
    "Sabah"ın futbolçusu Ukrayna klubunda - RƏSMİ
  • Dünən, 10:15
    “Qarabağ”ın Kiyev “Dinamo”su ilə oyunlarının hakimləri
Daha çox
Oxunub: 360
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 218
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 161
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 158
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 156
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə