• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Yorğun “Qarabağ” Tovuzda da xal itirmədi - REPORTAJ

Premyer-liqa / Manşet

19-03-2024, 20:0

Tovuzda sözün bütün mənalarında futbol ab-havası var idi.

Azarkeşlərin əksəri bir saat öncədən stadiona gəlmişdi və səbirsizliklə hakimin start fitini gözləyirdi. Çünki “Turan Tovuz” Azərbaycanın avrokubok qürurunu, Leverkuzenin səfərinin yorğunluğunu üzərində atmayan “Qarabağ”ı məğlub etməyə çalışacaqdı. Qonaqlar isə çempionluğu erkən təmin etmək məqsədinə doğru daha bir addım atmaq istəyirdi.

Oyun başlar-başlamaz azarkeşlərin möhtəşəm dəstəyi altında irəli atılan “boqzurdlar” rəqibi təzyiq altına saldı. 8-ci dəqiqədə Xəyal topu əlverişli mövqedə olan Souzaya ötürdü. Maksimin kobud müdaxiləsi braziliyalı hücumçunun yerdə qalmasıyla nəticələndi. Hakim cərimə meydançası daxilində yaşananlara biganə qalmayıb “nöqtə”ni göstərdi. Beləliklə, Ottonun 9-cu dəqiqədə yerinə yetirdiyi penalti zərbəsiylə hesab açıldı. Lukanın bu anda, demək olar ki, reaksiya verməməsi diqqətdən yayınmadı. Növbəti təhlükəli vəziyyəti də meydan sahibləri yaratdı. Lakin Şəhriyarın Otto istiqamətində uzun ötürməsi Lukanın cəldliyi sayəsində fayda vermədi. Nigeriyalı hücumçu sürətdə Silvanı qabaqlasa da, önə çıxan qolkiper topa yiyələndi. “Qarabağ”ın ilk tutarlı hücum cəhdini 30-cu dəqiqədə izlədik. Nəriman qapıçıyla təkbətək mübarizədən qalib ayrılıb qol vursa da, laysmanın bayrağı havada idi. Ümumiyyətlə, ilk yarıda meydan sahibləri hücumların kəsəri, baxımlı oyun planında qonaqları üstələdi. Buna baxmayaraq, qeyri-dəqiqlik, bəzən də tələskənlik oyunun axarına mənfi təsir göstərdi. Yəni vacib epizodlar qolsuz başa çatdı. Qonaqlar isə oyuna uyğunlaşmaqda çətinlik çəkir, qayda pozuntularına yol verir və təkbətək mübarizələrdən məğlub ayrılırdı. İkinci yarıda rollar dəyişdi!

Oyun “Qarabağ”ın hesabı bərabərləşdirmək cəhdləriylə davam etdi. Əvvəl Toral uzaqdan zərbəylə bəxtini sınasa da, Aydın əla seyvlə komandasını qoldan xilas etdi. Ardından Toralın qapı önünə ötürməsini Diakabi dəyələndirə bilmədi. Top fransalı yarımmüdafiəçinin tələsik zərbəsiylə qapının üzərindən keçdi. Ağdamlılar ardıcıl üçüncü hücum cəhdində istəyinə çatdı. Almeyda Maksimin ötürdüyü topu Nərimana çatdırdı. Sonuncu başla “çərçivə”ni dəqiq nişan aldı - 1:1. Çox keçmədən Toral əlinə düşən ikinci fürsətdən yararlana bilmədi. Keytanın ötürməsindən sonra qapını nişan alan futbolçu qeyri-dəqiq oynadı. Meydan sahiblərinin 2-ci hissədəki ilk təhlükəli vəziyyətini müəllifi isə Otto oldu. O, təkbaşına özünü rəqibin qapısı önünə çatdırsa da, Luka topu tora qovuşdurmasına imkan vermədi. 69-cu dəqiqədə Qurban Qurbanov ikinci qolu vurmaqda çətinlik çəkən komandasına “yeni qan” qazandırmaq üçün Zubir, Juninyo və Leandro Andradeni meydana buraxdı. Baş məşqçinin əvəzetmələri çox keçmədən bəhrə verdi. Əvvəl Aydın cəldliyi hesabına daha bir seyvə imza atdı. O, Toralın ötürdüyü topu “çərçivə”yə göndərmək istəyən Patrikin qarşısını aldı. Qonaqların ikinci cəhdi qolla nəticələndi. Aleksey künc zərbəsini qısa ötürməylə yerinə yetirdi. Topa yiyələnən Zubir rəqibin qapısı önünə qədər irəliləyib Andradeyə ötürmə verdi. Portuqaliyalı yarımmüdafiəçi isə məsuliyyəti Patrikə buraxdı. Sonuncunun qüvvətli zərbəsiylə 73-cü dəqiqədə “köhlən atlar”ın ikinci qolu reallaşdı. 88-ci dəqiqədə Pusinin zərbəsi Toralın müdaxiləsindən sonra tirdən qayıtdı. Ardından Leandro Juninyonun düşünülmüş ötürməsini dəyərləndirə bilmədi. Oyunda son nöqtəni 90+5-ci dəqiqədə Juninyoya qarşı kobudluğa görə təyin olunan mübahisəli penaltini qola çevirən Toral qoydu. Beləliklə, “Turan Tovuz”un evdəki 7 oyunluq məğlubiyyətsizlik seriyası qırıldı. “Qarabağ” isə növbəti qələbə ilə ən yaxın izləyicisilərindən 26 xal aralandı. Ağdamlılar artıq gələn tur, yəni martın 29-da keçiriləcək “Kəpəz”lə oyunda tarixindəki 11-ci çempionluğu bayram edə bilər.

Gözdən qaçmadı
* Azarkeşlərdən biri matçı stadiona yaxın ərazidə yerləşən evin damından izlədi.
* Aydın Bayramov 72-ci dəqiqədə yaranan təhlükəli vəziyyətə görə komanda yoldaşlarına kəskin şəkildə etiraz etdi.
* Tovuzlu azarkeşlər mübahisəli penaltiyə görə Tural Qurbanovu təhqir etdi.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Ölkə kuboku / Reportaj

19-12-2023, 20:0

“Sumqayıt” “Karvan”ın işini son 10 dəqiqədə bitirdi - REPORTAJ

Premyer-liqa / Reportaj

5-03-2024, 18:0

“Qarabağ” Azərbaycan derbisini ardıcıl 4-cü dəfə qazandı! - REPORTAJ

Premyer-liqa / Reportaj

26-12-2023, 22:0

“Turan Tovuz” “Araz-Naxçıvan”a iki gün qol vurdu - REPORTAJ

Premyer-liqa / Reportaj

14-02-2024, 14:0

“Dənizçilər” qəzəbini “Kəpəz”in üzərinə tökdü - REPORTAJ

Premyer-liqa / Reportaj

12-03-2024, 22:0

“Turan Tovuz” “Zirə”yə bir addım da yaxınlaşdı - REPORTAJ

Premyer-liqa / Reportaj

27-02-2024, 21:0

Ramalinqom qoldan doymur, “Səbail” irəliləyir – REPORTAJ

Aktual
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
“Sabah” Maludanı 3 milyon avroya satdı!
KuPS “Sabah”la oyunu əlavə vaxta daşımağa çalışacaq – Kuopioda konsert və yüzlərlə boş tribuna...
“Hücumlar edəcəklər, belədə boşluqları daha rahat tapacağıq” - KuPS-un futbolçusundan inamlı açıqlama
“Sabah” cüzi fərqlə favoritdi – “bayquşlar”ın qələbəsi qazancı ikiqat edəcək
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Son xəbərlər
  • Bu gün, 21:55
    "Belə nəticə əldə etdiyimiz qürur duyuram" - Valdas Dambrauskas
  • Bu gün, 21:24
    ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
  • Bu gün, 21:10
    "İmişli" yoxlama oyunu keçirdi
  • Bu gün, 20:52
    "Sabah" tarixində ilk dəfə avrokubokların liqa mərhələsində! - YENİLƏNİB
  • Bu gün, 20:10
    İngiltərə klubunu tərk etdi
  • Bu gün, 19:42
    “Sabah” Maludanı 3 milyon avroya satdı!
  • Bu gün, 18:53
    Azərbaycan dünya çempionatında ilk medalını qazandı
  • Bu gün, 18:22
    "Qəbələ" portuqaliyalı vinger aldı
  • Bu gün, 18:00
    KuPS - "Sabah": START HEYƏTLƏRİ
  • Bu gün, 17:30
    KuPS “Sabah”la oyunu əlavə vaxta daşımağa çalışacaq – Kuopioda konsert və yüzlərlə boş tribuna...
  • Bu gün, 17:10
    “İmişli”nin akademiyasında təlim təşkil olundu
  • Bu gün, 16:44
    “Hücumlar edəcəklər, belədə boşluqları daha rahat tapacağıq” - KuPS-un futbolçusundan inamlı açıqlama
  • Bu gün, 16:13
    “Araz-Naxçıvan” Qəbələdə bu şəhərdə qəbul edəcək
  • Bu gün, 15:52
    “Sabah” cüzi fərqlə favoritdi – “bayquşlar”ın qələbəsi qazancı ikiqat edəcək
  • Bu gün, 15:33
    Fiziki performansın qiymətləndirilməsi üzrə vebinar keçirildi
  • Bu gün, 15:01
    "Qarabağ" və “BonAqua” arasında rəsmi tərəfdaşlıq müqaviləsi imzalandı
  • Bu gün, 14:06
    Arda Gülər Mourinyo haqda nə dedi?
  • Bu gün, 13:50
    “Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
  • Bu gün, 13:19
    “Turan Tovuz”da əsas çətinlik motivasiya ola bilər” – beş iddialıdan hansı bir addım öndədi?
  • Bu gün, 12:58
    "Səbail"in sabiq qapıçısı "Xankəndi"də
  • Bu gün, 12:37
    AFFA məşqçilər üçün onlayn təlim keçirdi
  • Bu gün, 11:54
    Millimiz Portuqaliya ilə üz-üzə gələcək
  • Bu gün, 11:23
    İtaliya klubunda yeni müqavilə
  • Bu gün, 10:52
    “Sabah”ın matçını bu kanal göstərəcək
  • Bu gün, 10:31
    “Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
  • Bu gün, 10:00
    İstanbul nəhənglərinin hədəfində olan ulduzdan transfer açıqlaması
  • Dünən, 23:45
    Leverkuzenə qayıtmayacaq
  • Dünən, 22:40
    KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
  • Dünən, 22:20
    "Sabah mövsümün ən yaxşı oyununu oynamalıyıq..." - KuPS-un baş məşqçisi
  • Dünən, 21:58
    Valdas Dambrauskas: "İlk qarşılaşma KuPS-un həqiqi gücünü tam şəkildə göstərmədi"
  • Dünən, 21:27
    İngiltərə futbolunda böyük itki
  • Dünən, 20:55
    "İmişli" anqolalı oyunçu transfer etdi
  • Dünən, 20:30
    1-ci və 2-ci liqaların püşkü bu tarixdə atılacaq
  • Dünən, 20:00
    Güləşçimiz finalda - DÇ
  • Dünən, 19:41
    Klubu ilə yenidən anlaşdı
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 163
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 110
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 103
Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
Oxunub: 102
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə