• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Ramalinqom qoldan doymur, “Səbail” irəliləyir – REPORTAJ

Premyer-liqa / Reportaj

27-02-2024, 21:0

Ölkə çempionatında 24-cü tura yekun vuruldu.

İkinci oyun gününün son qarşılaşmasında “Səbail” “Sabah”la üz-üzə gəldi. Turnir cədvəlinin qonşu pillələrində qərarlaşan rəqiblərin hesabında bərabər – 31 xal var idi. Oyunu qalib bitirən tərəf digərini geridə qoyacaqdı.

Oyuna maraq o qədər də böyük deyildi. Hər halda, həm “Dənizçilər”, həm də “Soldati di Sabah” tribunada yerini almışdı.

Oyun qarşılıqlı hücumlarla başladı. Tərəflər ilk dəqiqələrdən hücuma atıldı. 5-ci dəqiqədə Sekidikanın zərbəsi təhlükəli alındı. O, iki rəqibini geridə qoyub, zərbə endirsə də, dəqiq ola bilmədi. Çox keçmədən nigerliyalı yenidən səhnəyə çıxdı. O, Xəyal Əliyevin ötürməsindən sonra qapıçıyla üzbəüz qaldı. Forvard 3 metrdən topu qapıçının üzərinə vurdu. Meydan sahiblərinin ilk təhlükəli hücumu isə 20-ci dəqiqədə yaşandı. Rüfət Abdullazadə bir neçə rəqibini geridə qoyaraq, cərimə meydançasına daxil oldu və Rəhman Daşdəmirovla mübarizədə yerdə qaldı. Referi Rəşad Əhmədov əvvəlcə penalti qərarı versə də, VAR-ın müdaxiləsi ilə sərbəst zərbə təyin etdi. “Dənizçilər” 38-ci dəqiqədə daha bir qol imkanından yararlana bilmədi. Pedro Nunonun qüvvətli alınmayan zərbəsi qapıçıda qaldı. Qonaqların buna cavabı da erkən gəldi. Uzaqdan zərbələri ilə seçilən Da Silva cərimə meydançası həndəvərindən qapını yoxladı. Lakin Səlahət Ağayev inamlı oynadı. 41-ci dəqiqədə Alluşun ötürməsini Ramalinqom zərbə ilə tamamladı. Onun qüvvətli zərbəsini Yusif İmanov dəf etdi. Birinci hissədə son hücum isə “Sabah”dan gəldi. Xəyal Əliyevin uzaqdan zərbəsi dəqiq olmadı.

İkinci yarı da qarşılıqlı hücumlarla başladı. 52-ci dəqiqədə, nəhayət, hesab açıldı. Rüfət Abdullazadənin cinah asmasını Ramalinqom başla tamamladı – 1:0. Qoldan sonra hücumlarının sayını artıran “bayquşlar” irəli atıldı. Bunlardan birində Parrisin iti bucaq altından zərbəsi qapının üstündən keçdi. Qonaqların matçda ən real qol vəziyyəti isə 65-ci dəqiqədə baş verdi. Xəyalın ötürməsini Parris qüvvətli zərbə ilə qapının küncünə göndərdi. Lakin Ağayev çətinliklə də olsa, topu çıxarmağa müvəffəq oldu. Əvəzində rəqib müdafiəsində yaranan boşluqlardan faydalanan meydan sahibləri Pedro Nuno ilə hücuma çıxdı. Onun cərimə meydançası kənarından zərbəsi “çərçivə”yə düşmədi. 72-ci dəqiqədə “Sabah” müdafiəsində yaranan qarışıqlıqda Valdemar Almeyda topu qazandı. O, qolkiperlə üz-üzə çıxsa da, dueldən məğlub ayrıldı. Oyunun sonluğu dramatik alındı. Uzatma dəqiqələrində Da Silvanın cərimə zərbəsindən vurduğu top dəqiq olmadı. Dərhal irəli atılan “Səbail” Səbuhi ilə rəqibini nokauta saldı – 2:0. Bununla da, xalını 34-ə çatdıran “Səbail” “Sabah”la xal fərqini 3-ə çatdırdı.

Gözdən qaçmadı
* Oyunu izləyənlər arasında yığmanın məşqçisi Arif Əsədov da var idi.
* Oyun Xocalı soyqırımının anım günü ilə bağlı birdəqiqəlik sükutla başladı.
* “Səbail”in penalti epizodunda “Sabah”ın məşqçisi İqor Ponomaryov kəskin şəkildə etiraz etdi.

İSMAYIL XEYRULLAYEV

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Reportaj

15-02-2024, 22:0

Qol vurmadılar, amma narazı da qalmadılar – REPORTAJ

Ölkə futbolu / Reportaj

24-01-2024, 17:0

“Zirə” ardıcıl 6-cı oyunda qola həsrət qaldı – REPORTAJ

Premyer-liqa / Reportaj

30-01-2024, 22:0

“Zirə” son dəqiqədə yıxıldı - REPORTAJ

Reportaj

18-12-2023, 11:0

“Sabah” “Dalğa Arena”da “2” aldı! – REPORTAJ

Premyer-liqa / Reportaj

21-02-2024, 21:0

“Zirə” 10 oyundu qələbə qazana bilmir – REPORTAJ

Premyer-liqa / Reportaj

14-11-2023, 19:0

Volkov Tovuzu qəmə boğdu – REPORTAJ

Aktual
Mezzotero asan qol vurdu, amma vurdu da!
“Kəpəz” azarkeşləri Mahmud Qurbanovu istəyir, o isə susur
“Məğlub olmuşuqsa, deməli, çatışmayan cəhətlər var” – Şahin Diniyev
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
“Difai” 2-ci liqadan çəkiləcək?
"...məvaciblərinin artırılmasını istəyirlər" - Azər Bağırov "Şamaxı"dakı "yarpaq tökümü"nün səbəbini açıqladı
Son xəbərlər
  • Dünən, 23:58
    "Qalib gəlmək və mövsümü yüksək əhval-ruhiyyə ilə bitirmək istəyirik" - Cəlal Hüseynov
  • Dünən, 23:17
    Hacı Əliyev milliyə məşqçi təyin edildi
  • Dünən, 22:46
    Fizuli Məmmədov "Şahdağ Qusar"da
  • Dünən, 22:35
    İngiltərədə iş yerini dəyişdi
  • Dünən, 22:01
    Mezzotero asan qol vurdu, amma vurdu da!
  • Dünən, 21:39
    Ayxan Abbasov: "Abdulla ilə Anton millinin ən intizamlı futbolçularıdı"
  • Dünən, 21:11
    "Şamaxı"nın yay hazırlıq planı məlum oldu
  • Dünən, 20:59
    London klubunda gözlənilməz istefa
  • Dünən, 20:28
    Dünya çempionatını buraxacaq
  • Dünən, 19:57
    Parisi tərk edəcək
  • Dünən, 19:36
    Şimali Makedoniya - Azərbaycan matçının hakimləri
  • Dünən, 19:15
    Milandan Turinə yollana bilər
  • Dünən, 18:54
    Slot harda qərar tutacaq?
  • Dünən, 18:23
    “Şəfa”nın yay hazırlıq planı bəlli oldu
  • Dünən, 17:52
    “Kəpəz” azarkeşləri Mahmud Qurbanovu istəyir, o isə susur
  • Dünən, 17:28
    La Liqada hamını qabaqladı
  • Dünən, 16:57
    PFL-dən “CBC Sport”un direktoruna xüsusi hədiyyə
  • Dünən, 16:26
    Bundestimdə itki
  • Dünən, 15:55
    Levi səhmlərin bir hissəsini satdı
  • Dünən, 15:24
    Dünya çempionatında oynaya bilməyəcək
  • Dünən, 14:53
    Premyer-liqada mövsümün ən yaxşı 10 qolu - VİDEO
  • Dünən, 14:32
    Liverpuldan Londona yollandı
  • Dünən, 14:11
    “Məğlub olmuşuqsa, deməli, çatışmayan cəhətlər var” – Şahin Diniyev
  • Dünən, 13:50
    Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
  • Dünən, 13:29
    Florensiyanı tərk etdi
  • Dünən, 12:58
    “Gələn il Çempionlar Liqası üçün qayıdacağıq” - “Arsenal”ın qələbə paradına milyona yaxın azarkeş qatıldı
  • Dünən, 12:37
    “Gucci” “Alpin”ə ildə 50 milyon dollar verəcək! - dəb evi də “Formula-1” dünyasına ayaq açdı
  • Dünən, 12:16
    Vembanyama niyə ağladı?
  • Dünən, 11:55
    Premyer-liqanın tarixinə düşdü
  • Dünən, 11:34
    "Şəfa" yayın ilk transferini etdi
  • Dünən, 11:13
    “Difai” 2-ci liqadan çəkiləcək?
  • Dünən, 10:52
    Şəhriyar Məmmədyarov qələbə qazandı - “UzChess Cup”
  • Dünən, 10:31
    “Veqas” final seriyasına qələbə ilə başladı
  • Dünən, 10:00
    "...məvaciblərinin artırılmasını istəyirlər" - Azər Bağırov "Şamaxı"dakı "yarpaq tökümü"nün səbəbini açıqladı
  • Dünən, 08:31
    Xaçmazda regional turnir başa çatdı
Daha çox
Oxunub: 721
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 253
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 250
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 226
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 214
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 163
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə