• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Dənizçilər” qəzəbini “Kəpəz”in üzərinə tökdü - REPORTAJ

Premyer-liqa / Reportaj

14-02-2024, 14:0

Son turlarda "Kəpəz"in nəticələrini yaxşılaşdırması, "Səbail"in müntəzəm xal itirməsi fonunda belə hesabı təxmin etmək çətin idi. O bəlli idi ki, "sarı-göylər" qələbə qazanmaq, 8-ci pilləyə doğru addımlamaq istəyir. Bunun üçün münbit şərait də var idi.

Düşərli Qəbələ stadionu, qənaətbəxş psixoloji durum, rəqibin eniş yaşayan “Səbail” olması – xoşbəxtlik üçün başqa nə lazımdı?! Heyətdə cəzalı və zədəli futbolçu da yox idi, Adil Şükürov da oyun ərəfəsində çox rahat görünürdü. Rəqibin ona "Kəpəz" karyerasındakı ən böyükhesablı məğlubiyyəti yaşadacağını necə təxmin edə bilərdi ki?!

Əslində ilk yarı belə nəticədən xəbər vermirdi. Çünki oyun gəncəlilərin ciddi təzyiqi altında başladı. İlk təhlükəli vəziyyətdə Junior "çərçivə"ni dəqiq nişan ala bilmədi. Ardından qonaqlardan Rüfət topu bacardığı qədər irəli daşıyıb Nunoya ötürdü. Portuqaliyalı qeyri-dəqiq zərbə vurdu.

Hesabı 29-cu dəqiqədə gəncəlilər açdı. Topa yiyələnən Papunaşvili cərimə meydançasına daxil olan Martinsə ideal ötürmə verdi. Belədə braziliyalı futbolçu topu Səlahətin solundan qapıya göndərdi - 1:0. 40-cı dəqiqədə bu uğuru Amil təkrarlaya bilərdi. Lakin qapıçı onun sol ayaqla qapıya göndərmək istədiyi topa vaxtında müdaxilə etdi. İlk yarının sonunda daha bir qol vuruldu. Xvalko cərimə meydançasında Almeyda ilə mübarizə apararkən topa əllə toxundu və bu məqam hakimin gözündən yayınmadı. Uzun-uzadı VAR-la məsləhətləşən, sonradan epizodu özü incələyən Nicat İsmayıllı "nöqtə"ni göstərdi. Ramalinqom bu fürsəti əldən verməyib hesabı bərabarləşdirdi. Rodrigesin cəldliyi uzaq küncə göndərilən topa müdaxilə etməyə bəs etmədi.
Beləliklə, "Kəpəz" ilk hissədə rəqibi oyun baxımından üstələsə də, bunu nəticəyə yansıda bilmədi. İkinci yarıda isə… Gəncəlilər elə ilk dəqiqələrdə əla şansı puç etdi. Əvvəlcə Martins Papunaşvilinin künc zərbəsindən ötürdüyü topu "çərçivə"dən keçirə bilmədi. "Kürə" öncə Rüfətə, sonra dirəyə dəyib meydandan çıxdı. İkincidə isə Amilin qolu ofsayd üzündən qeydə alınmadı. Belədə ruhlanan qonaqların hücumlarının kəsəri artdı. 52-ci dəqiqədə Alluş özünü topla birgə qapı önünə çatdırdı. Dərhal “mühasirəyə alınan” futbolçu Almeydaya, o isə Rüfətə ötürmə verdi. Sonuncu asanlıqla komandasının növbəti qolunu vurdu. Çünki Rodriges rəqibin legionerlərinə kökləndiyindən Rüfəti nəzarətsiz qoymuşdu. "Səbail" fərqi artırmaq üçün çox gözləmədi. Çox keçmədən, daha dəqiqi, 60-cı dəqiqədə Nuno künc zərbəsini yerinə yetirdi. Onun zərbə endirdiyi top "Kəpəz" futbolçularının başı üzərinə gəldi. Meydan sahibləri təhlükəni sovuşdurmaq istəyirdi ki, Alluş nəzarəti ələ keçirib "çərçivə"ni dəqiq nişan aldı - 3:1. Ardından Elçin kritik müdaxiləylə Ramalinqomun qol vurmaq istəyinə maneə oldu. İrəliləyən dəqiqələrdə Gəncənin həm yorğun, həm də çox güman ki, hesab üzündən ruhdan düşmüş təmsilçisi rəqibə qorxu yaşatmaqda çətinlik çəkirdi. Odu ki, matçın son dəqiqələrində son nöqtə qoyuldu. 90-cı dəqiqədə Luqasi Elçin Əlicanovun kobud səhvindən yararlanıb topu ələ keçirdi və daha əlverişli mövqedə olan Alluşa ötürdü. Niderlandlı yarımmüdafiəçi komandasının dördüncü, özünün ikinci qoluna imza atdı. Beləliklə, Adil Şükürov şok məğlubiyyətlə üzləşdi, "Səbail" isə 4 oyunluq qələbə həsrətinə son qoydu.

Gözdən qaçmadı
* Həm "Səbail"in "Dənizçilər", həm də "Kəpəz"in "Xəmsə" fanklubu sona qədər sevimlilərini dəstəklədi. Matç bitəndən sonra hər iki azarkeş qrupu futbolçuları yanına çağırdı. Biri təsəlli vermək, digəri qələbəni qeyd etmək üçün...
* Martins Junior qolunu xüsusi rəqslə qeyd etdi.
* Adil Şükürov ilk yarının uzatma dəqiqələrində hakimin penaltı qərarına qarşı çıxdığı üçün sarı vərəqəylə cəzalandırıldı.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Reportaj

6-02-2024, 20:0

“Kəpəz” Qəbələdə rəqib tanımır - REPORTAJ

Ölkə kuboku / Reportaj

22-12-2023, 19:0

Şahin Diniyev Ramiz Məmmədovun komandasını darmadağın etdi - REPORTAJ

Premyer-liqa / Reportaj

28-11-2023, 16:0

Adil Şükürov xalla başladı - REPORTAJ

Premyer-liqa / Reportaj

5-12-2023, 19:0

“Sabah” “Kəpəz”i 15 dəqiqəyə məğlub etdi - REPORTAJ

Premyer-liqa / Reportaj

26-12-2023, 22:0

Mutu getdi, Azərlə Sinyaşikinin ayağı açıldı - REPORTAJ

Premyer-liqa / Manşet

7-02-2023, 18:0

“Kəpəz” – “Qarabağ” matçında nələr yaşandı? – REPORTAJ

Aktual
Mezzotero asan qol vurdu, amma vurdu da!
“Kəpəz” azarkeşləri Mahmud Qurbanovu istəyir, o isə susur
“Məğlub olmuşuqsa, deməli, çatışmayan cəhətlər var” – Şahin Diniyev
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
“Difai” 2-ci liqadan çəkiləcək?
"...məvaciblərinin artırılmasını istəyirlər" - Azər Bağırov "Şamaxı"dakı "yarpaq tökümü"nün səbəbini açıqladı
Son xəbərlər
  • Dünən, 23:58
    "Qalib gəlmək və mövsümü yüksək əhval-ruhiyyə ilə bitirmək istəyirik" - Cəlal Hüseynov
  • Dünən, 23:17
    Hacı Əliyev milliyə məşqçi təyin edildi
  • Dünən, 22:46
    Fizuli Məmmədov "Şahdağ Qusar"da
  • Dünən, 22:35
    İngiltərədə iş yerini dəyişdi
  • Dünən, 22:01
    Mezzotero asan qol vurdu, amma vurdu da!
  • Dünən, 21:39
    Ayxan Abbasov: "Abdulla ilə Anton millinin ən intizamlı futbolçularıdı"
  • Dünən, 21:11
    "Şamaxı"nın yay hazırlıq planı məlum oldu
  • Dünən, 20:59
    London klubunda gözlənilməz istefa
  • Dünən, 20:28
    Dünya çempionatını buraxacaq
  • Dünən, 19:57
    Parisi tərk edəcək
  • Dünən, 19:36
    Şimali Makedoniya - Azərbaycan matçının hakimləri
  • Dünən, 19:15
    Milandan Turinə yollana bilər
  • Dünən, 18:54
    Slot harda qərar tutacaq?
  • Dünən, 18:23
    “Şəfa”nın yay hazırlıq planı bəlli oldu
  • Dünən, 17:52
    “Kəpəz” azarkeşləri Mahmud Qurbanovu istəyir, o isə susur
  • Dünən, 17:28
    La Liqada hamını qabaqladı
  • Dünən, 16:57
    PFL-dən “CBC Sport”un direktoruna xüsusi hədiyyə
  • Dünən, 16:26
    Bundestimdə itki
  • Dünən, 15:55
    Levi səhmlərin bir hissəsini satdı
  • Dünən, 15:24
    Dünya çempionatında oynaya bilməyəcək
  • Dünən, 14:53
    Premyer-liqada mövsümün ən yaxşı 10 qolu - VİDEO
  • Dünən, 14:32
    Liverpuldan Londona yollandı
  • Dünən, 14:11
    “Məğlub olmuşuqsa, deməli, çatışmayan cəhətlər var” – Şahin Diniyev
  • Dünən, 13:50
    Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
  • Dünən, 13:29
    Florensiyanı tərk etdi
  • Dünən, 12:58
    “Gələn il Çempionlar Liqası üçün qayıdacağıq” - “Arsenal”ın qələbə paradına milyona yaxın azarkeş qatıldı
  • Dünən, 12:37
    “Gucci” “Alpin”ə ildə 50 milyon dollar verəcək! - dəb evi də “Formula-1” dünyasına ayaq açdı
  • Dünən, 12:16
    Vembanyama niyə ağladı?
  • Dünən, 11:55
    Premyer-liqanın tarixinə düşdü
  • Dünən, 11:34
    "Şəfa" yayın ilk transferini etdi
  • Dünən, 11:13
    “Difai” 2-ci liqadan çəkiləcək?
  • Dünən, 10:52
    Şəhriyar Məmmədyarov qələbə qazandı - “UzChess Cup”
  • Dünən, 10:31
    “Veqas” final seriyasına qələbə ilə başladı
  • Dünən, 10:00
    "...məvaciblərinin artırılmasını istəyirlər" - Azər Bağırov "Şamaxı"dakı "yarpaq tökümü"nün səbəbini açıqladı
  • Dünən, 08:31
    Xaçmazda regional turnir başa çatdı
Daha çox
Oxunub: 721
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 253
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 251
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 226
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 214
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 168
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə