“Həm də rəqib bizə yuxarıdan aşağı baxırdı”

15.03.2024 21:50 209
II liqa / Manşet
Ölkə çempionatının 2-ci liqasında 16-cı turun ən böyük sürprizi “Sheki City”nin evdə lider “Baku Sportinq”i 3:2 hesabı ilə məğlub etməsidi.

"Football-plus.az" xəbər verir ki, maraqlıdı, imkanları o qədər də yüksək qiymətləndirilməyən şəkililər liderə nəyin hesabına qalib gəlib? Bu uğurun davamı gələcəkmi? Bu suallarla “Sheki City”nin prezidenti Elgün Hüseynova müraciət etdik:

“Məğlub olmayan komandaya qarşı oynamaq üçün heyətimizi motivasiya etmək daha rahat oldu. Həm də rəqib bizə yuxarıdan aşağı baxırdı. Bu məğlubiyyət, yəqin ki, onların cəzası oldu. Liderdən 11 xal geridəyik. Amma başqa komandalarla aramızdakı fərq azdı. Əlbəttə, bundan sonra biz də ən yüksək yerlər uğrunda mübarizəyə qoşulmaq istəyirik.


ƏSƏD SEYİDOV