"Sheki City"dən möhtəşəm layihə: oyuna gəl, endirim qazan!

6.03.2024 12:10 253
Aktual / Ölkə futbolu
İkinci liqa təmsilçisi "Sheki City" evdə “Göygöl"lə yoxlama oyunu keçirib.

Bu matçda 152 ədəd bilet satılıb. Amma hava qarlı olduğundan qarşılaşmanı stadiondan 100 tamaşaçı izləyib. Bu, region futbolu üçüb bilet satışıyla bağlı bir ilk olub. Onu da qeyd etmək yerinə düşər ki, oyuna bilet alan azarkeşlər şəhərin bir neçə yerində alış-veriş zamanı 10, 15, 40 faizlik endirim imkanı qazanıb. Beləliklə, biletə verilən 1 manat 4, 5 qat artıq geri qayıdır.

Bəs bu layihənin müəllifi kimdi? Bu suala klubun təsisçisi və prezidenti Elgün Hüseynova müraciət etdik:

“Layihənin müəllifi özüməm. Biletləri də mən satıram, afişaları da özüm yapışdırıram. Növbəti oyunda daha çox azarkeş olacaq. Bizim biletimizi əldə edən şəxs Şəkidə fərqli sektorlarda olan 10-dan çox mağazadan 10 20, 40 endirim qazanır. Belədə nəinki biletə verdiyi 1 manat qayıdır, əlavə də qazanır”.

ƏSƏD SEYİDOV