La Liqada yeni təyinat

7.11.2026 15:43 0
Dünya futbolu
“Espanyol”da baş məşqçi dəyişikliyi zərurətə çevrilib. Artıq komandanın yeni çalışdırıcısı müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, Manolo Qonsales uğursuz nəticələrə görə istefaya göndərilib. Klubun mətbuat xidmətinin məlumatına görə, komandanı bundan sonra Eder Sarabiya çalışdıracaq. 45 yaşlı mütəxəssislə müddəti 2028-ci il iyunun 30-na qədər razılaşdırılan müqavilə imzalanıb. Yeni məşqçilər heyətinə Con Lopes, Con Moreno, Aitor Unsue və daha əvvəl “Espanyol”un formasını geymiş Alvaro Qonsales də yer alacaqlar.

Sarabiyanın məşqçilik karyerası yeniyetmə futbolunda başlayıb. O, daha sonra Kike Setyenin rəhbərliyi altında “Las Palmas”, “Betis” və “Barselona”da köməkçi məşqçi kimi çalışıb. Müstəqil fəaliyyətini isə “Andorra” və “Elçe” komandalarında reallaşdırıb.