"Cəbrayıl"dan qələbə, "Göygöl" və "Lerik" darmadağın edildi - YENİLƏNİB

5.12.2023 17:35 306
II liqa / Manşet
Dünən futbol üzrə ölkə çempionatının 2-ci liqasında 13-cü turun ilk üç oyunu keçirildi. Günün ilk oyununda “Qusar” Sumqayıtda “Sheki City”i məğlub etdi. Autsayderlərdən “Kümrük Qax” evdə “Füzuli”yə, “Şəfa” isə “Ağdaş”a uduzdu.

Bu gün turun daha 3 oyunu keçiriləcək. “Şəmkir” səfərdə “Cəbrayıl”la, “Kür-Araz” isə doğma meydanda “Lerik”lə qarşılaşacaq. Qonşu pillələrdə qərarlaşan “Göygöl”lə “Şahdağ Qusar”ın dueli böyük maraq doğurur. Tura sabah keçiriləcək “Dinamo” – “Baku Sportinq” matçıyla yekun vurulacaq.

4 dekabr
Qusar – Sheki City 2:1

Eşqin Tağıyev, 62. Firudin Ağalarov, 89 – Ravil Yusifli, 30.

Kümrük Qax – Füzuli 0:2
Təmraz Əmircanov, 18-p. Ceyhun Cavadov, 87.

Şəfa – Ağdaş 1:2
Sahib Cümşüdov, 27 – Mehman İbadov, 60-öz qapısına. Aqil Mirzəyev, 77.

5 dekabr
Cəbrayıl – Şəmkir 3:1

Elvin Nəsibov, 35-p.; 47. Tapdıq Əhmədov, 78 - Elgün Namazov, 9.

Göygöl – Şahdağ Qusar 0:4
Mehdi Rəsulov, 27. Tural Qurbatov, 30; 74; 88.

Kür-Araz – Lerik 7:2
Elariz Xəlilli, 9; 84. Elxan Məmmədov, 15; 30; 38. Ramazan Abbasov, 67. Eltun Hüseynov, 81 - Nurlan Əmirzadə, 38. Kamran Abdullazadə, 40-p.

6 dekabr
Dinamo – Baku Sportinq

Binə, qəsəbə stadionu. Saat 14.00.

Xal durumu: Baku Sportinq – 31, Cəbrayıl – 30, Şahdağ Qusar – 27, Füzuli, Qusar – 26, Göygöl – 22, Sheki City – 20, Kür-Araz – 19, Ağdaş, Dinamo – 15, Lerik – 11, Kümrük Qax – 7, Şəmkir – 6, Şəfa – 4.
Bombardirlər: Vüqar Əşrəfli (Göygöl), Tural Qurbatov (Şahdağ Qusar) – 16.