Dünən futbol üzrə ölkə çempionatının 2-ci liqasında 14-cü turun növbəti iki oyunu keçirildi.
Yeni baş məşqçinin gəlişindən sonra sabit oyun sərgiləyən “Füzuli” evdə autsayderlərdən “Kür-Araz”a qalib gəldi. “Şəmkir” – “Qusar” qarşılaşmasında isə sensasiya baş vermədi. Oyun qonaq komandanın qələbəsi ilə yekunlaşdı.
"Football-plus.az" xəbər verir ki, turun qalan üç oyunu bu gün və sabah keçiriləcək. Lider “Baku Sportinq” evdə “Ağdaş”ı sınağa çəkəcək.
Tura sabah keçiriləcək “Lerik” – “Dinamo” və “Sheki City” – “Şəfa” oyunlarıyla yekun vurulacaq.
13 dekabr
Füzuli – Kür-Araz 2:1
Süleyman Piriyev, 58. Elnur Səmədov, 61 – Rüfət Rəhimzadə, 45+1.
Şəmkir – Qusar 0:1
Nicat Muxtarov, 58.
14 dekabr
Baku Sportinq – Ağdaş 4:1
Ülvi Quliyev, 3, 38. Elməddin Hüseynzadə, 30. Aqşin Paşayev, 87 - Zamiq Abubəkirov, 49.
Binə, qəsəbə stadionu. Saat 14.00.
15 dekabr
Lerik – Dinamo
Lənkəran, Olimpiya İdman Kompleksinin Stadionu. Saat 14.00.
Sheki City – Şəfa
Şəki, şəhər stadionu. Saat 14.00.
14-cü turun ilk iki oyunu dekabrın 11-də keçirilib: Kürmük Qax – Şahdağ Qusar 1:6, Göygöl – Cəbrayıl 2:1.
Xal durumu: Baku Sportinq – 37, Cəbrayıl, Şahdağ Qusar – 30, Füzuli, Qusar – 29, Göygöl – 25, Sheki City – 20, Kür-Araz – 19, Ağdaş, Dinamo – 15, Lerik – 11, Kümrük Qax – 7, Şəmkir – 6, Şəfa – 4.
Bombardirlər: Tural Qurbatov (Şahdağ Qusar) – 21, Vüqar Əşrəfli (Göygöl) – 17