Kriştiano Ronaldonun oğlu Kriştiano duş Santuş ilk dəfə Portuqaliyanın U-17 yığmasına dəvət alıb.
"Football-plus.az" xəbər verir ki, 17 yaşlı hücumçu baş məşqçi Filipe Ramuşun 2027-ci il Avropa çempionatının seçmə mərhələsi üçün açıqladığı 23 nəfərlik heyətə daxil edilib. Hazırda atasının da çıxış etdiyi Səudiyyə Ərəbistanının “Əl-Nəssr” klubunun aşağı yaş qrupunda oynayan Kriştiano daha əvvəl Portuqaliyanın U-15 və U-16 yığmalarının formasını geyib. O, U-16 komandasında 9 oyuna 3, U-15 yığmasında keçirdiyi 4 matçda isə 2 qol vurub.
Portuqaliya seçmə mərhələdə noyabrın 11-də Andorra, 14-də Bolqarıstan, 17-də isə Serbiya ilə qarşılaşacaq. Qeyd edək ki, U-17-lər arasında Avropa çempionatı 2027-ci ilin yayında Latviyada keçiriləcək.
Atasının yolu ilə gedir
Dünya futbolu





