“Neftçi”ni yüksək əzmkarlıq və istək hesabına məğlub etdik”

4.03.2024 12:37 237
Aktual / Ölkə futbolu
Əvəzedicilər liqasında 24-cü tur çərçivəsində keçirilən oyunlardan birində sensasiya baş verib. Belə ki, autsayder “Turan Tovuz-2” lider “Neftçi-2”ni 3:1 hesabıyla məğlub etməyi bacarıb.

Maraqlıdı, tovuzlu gənclər lideri nəyin hesabına məğlub edib? Onlar arasında əsas komandanı gücləndirəcək oyunçular varmı? Bu mövsüm üçün hədəf nədi? Bu suallarla “Turan Tovuz-2”nin baş məşqçisi Nizami Ocaqverdiyə müraciət etdik:

“Neftci-2”ni yüksək əzmkarlıq və istək hesabına məğlub etdik. Çalışırıq kimlərisə əsas komandaya yaxınlaşdıraq. Hədəfimiz gəncləri üzə çıxarmaqdı”.

ƏSƏD SEYİDOV