“Bavariya” – “Maynts-05” oyunu yalnız ev sahiblərinin böyükhesablı qələbəsi (8:1) ilə yadda qalmayıb.
Bundesliqa matçında gərgin anlar yaşanıb.
Alfonso Devis 18-ci dəqiqəyə qədər oynaya bilib. Toqquşma nəticəsində “Bavariya”nın oyunçusunun iki dişi qırılıb. Bu səbəbdən kanadalı müdafiəçi, ümumiyyətlə, stadionu tərk etməli olub.
Matçda növbəti yaddaqalan epizod 35-ci dəqiqədə baş verib. Mayntslıların futbolçuları Yozua Qilavoqi ilə Antoni Kasi toqquşub. Nəticədə yerə yıxılan Qilavoqi qazonda hərəkətsiz qalıb. Onun dili qatlanıb ki, bu da çox ciddi problem sayılır. Matçın hakimi Patrik İttrix belə məqamda alqışalayıq hərəkətləri ilə diqqəti cəlb edib. Dərhal futbolçunun yanına qaçan referi ona kömək etməyə çalışıb. O, Yozuanı yan tərəfə çevirib və onu boğulmaqdan xilas edib, sonra isə qatlanan dilini geri çevirib. Az sonra belə ciddi vəziyyətə qonaqların tibbi heyəti müdaxilə edib.